Sizin Reklam Burada
Xəbər lenti
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyada tarixə qovuşan valyutaların SAYI

Tarix: 10-11-2026 14:24     Baxış: 342 A- / A+
Dünyada tarixə qovuşan  valyutaların SAYI
1850–2026-cı illər ərzində dünyada təxminən 400 milli pul vahidi dövriyyədən çıxıb.
Manevr.az xəbər verir ki, Beynəlxalq Hesablaşmalar Bankının (BIS) mütəxəssisləri və Oksford Universitetinin tarixçisi Ketrin Şenk bu nəticəyə gəliblər.
Tədqiqatçılar son 176 ildə müxtəlif ölkələrdə mövcud olmuş 568 valyutanın tarixini araşdırıblar. Məlum olub ki, onlardan yalnız 163-ü günümüzə qədər dövriyyədə qalıb. Digərləri siyasi dəyişikliklər, pul islahatları və iqtisadi böhranlar nəticəsində istifadədən çıxarılıb.
Yeni valyutaların yaranmasında ən böyük artım 1960-cı illərdə, bir çox ölkənin müstəmləkəçilikdən azad olduğu dövrdə qeydə alınıb. Növbəti artım isə 1990-cı illərdə SSRİ və Yuqoslaviyanın dağılmasından sonra baş verib.
1994-cü ildə dünyada eyni vaxtda 192 valyuta dövriyyədə olub. Sonradan avronun tətbiqi bu sayı 23 vahid azaldıb.
Araşdırmaya əsasən, milli valyutalar əsasən dövlətlərin müstəqillik qazanması və siyasi dəyişikliklər nəticəsində yaranır. Onların dövriyyədən çıxmasına isə daha çox inflyasiya, iqtisadi böhranlar və pul islahatları səbəb olur.
Tədqiqatçılar müəyyən ediblər ki, valyutaların median mövcudluq müddəti 33 ildir. Təxminən hər dörd pul vahidindən biri isə yaranmasından 10 il keçməmiş dövriyyədən çıxır.lent.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar