Ukrayna prezidenti Volodimir Zelenski Donbasın Rusiya ilə sülh razılaşması müqabilində təhvil verilməsini qəbul etməyəcəklərini bildirib. Xəbər lenti
Zelenski nöqtəni qoydu: Donbası verməyəcəyik
Ukrayna prezidenti Volodimir Zelenski Donbasın Rusiya ilə sülh razılaşması müqabilində təhvil verilməsini qəbul etməyəcəklərini bildirib.Zelenski bu barədə Danimarkanın “DR Nyheder” nəşrinə müsahibəsi zamanı danışıb.
Onun sözlərinə görə, ABŞ tərəfi Donbasın NATO-ya bənzər təhlükəsizlik zəmanətləri müqabilində verilməsi təklifini irəli sürüb.
Lakin Zelenski bu zəmanətlərin konkret nələri əhatə edəcəyini soruşub və Ukraynanın NATO-ya üzv olmayacağı halda təhlükəsizliyinin necə təmin ediləcəyini gündəmə gətirib.
Prezident hesab edir ki, Ukrayna Donbasdan geri çəkilsə, Rusiya müharibəni dayandırmayacaq, sadəcə fasilə verərək bir, iki və ya beş ildən sonra yenidən hücuma keçə bilər.
Zelenski müharibənin dayandırılmasının ən sürətli yolunun mövcud cəbhə xəttində atəşkəs elan edilməsi və danışıqların diplomatik müstəvidə davam etdirilməsi olduğunu vurğulayıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































