Sizin Reklam Burada
Xəbər lenti
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Tarix: 10-11-2026 21:40     Baxış: 325 A- / A+

Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında təmiz enerji sahəsində imzalanmış sənəd mühüm bir regional sazişdir. Bu dördtərəfli əməkdaşlıq bölgənin energetika sahəsi üçün yeni imkanlar açacaq və ixrac potensialını artıracaq.

Bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan ölkələri birləşdirən mövcud quru elektrik ötürücü xətlərinin daha da inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsi barədə razılığa gəliblər.

“Bu, ölkələrimizdə istehsal olunan elektrik enerjisinin Avropa İttifaqına üzv dövlətlərə daha səmərəli ixrac edilməsinə, həmçinin ötürmə gücünü artırmağa şərait yaradacaq. Bu, çox əhəmiyyətli bir təşəbbüsdür”, - nazir əlavə edib.

Mariam Kvrivişvili enerji sektorunun inkişafının Gürcüstan üçün xüsusi əhəmiyyət daşıdığını, bu sahədə qonşu və tərəfdaş ölkələrlə hər zaman sıx əməkdaşlığın olduğunu vurğulayıb.

 “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bu gün Antalyada COP31 konfransı çərçivəsində imzalanıb. apa

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar