Xəbər lenti
"Nvidia" rəhbərinin ikinci sevgilisi də üzə çıxdı - Vəzifəsini itirə bilər
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Nvidia"nın direktorlar şurasının şirkətin baş icraçı direktoru və həmtəsisçisi Censen Huanın vəzifədən kənarlaşdırılmasını müzakirə etdiyi iddia olunur. Buna səbəb rəhbərin nikahdankənar münasibətləri ilə bağlı yayılan məlumatlar və həmin əlaqələrdən birinin Çin kəşfiyyatı ilə mümkün bağlantısı barədə şübhələrdir.Nəşrin yazdığına görə, direktorlar şurasının qərarı yaxın vaxtlarda verilə bilər. "Reuters" də noyabrın 11-də şuranın gecə saatlarınadək davam edən iclası barədə məlumatı müstəqil şəkildə təsdiqləyib. Mövcud qaydalara əsasən, Huan direktorların səs çoxluğu ilə vəzifəsindən uzaqlaşdırıla bilər.
Qalmaqal Huanın əməkdaşları qarşısında həyat yoldaşına xəyanət etdiyini etiraf etməsi və ailəsindən, həmçinin həmkarlarından üzr istəməsindən sonra gündəmə gəlib.
Censen Huan-Alisa Huanİddia olunan münasibətlərdən birinin Sinqapurda fəaliyyət göstərən "Megaspeed" şirkətinin rəhbəri Alisa Huanla olduğu bildirilir. "Nvidia"nın iri müştərilərindən sayılan bu şirkətin rəhbərinin Çin kəşfiyyatı ilə əməkdaşlıq edə biləcəyindən şübhələnildiyi qeyd olunur.
"The Wall Street Journal" daha bir mümkün münasibət barədə də yazıb. Belə ki, Huanın şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti Kimberli Pauelllə yaxın əlaqəsinin olduğu iddia edilir. Məlumata görə, Pauell birbaşa baş direktorun tabeliyində çalışıb.
Məsələ "Nvidia" üçün xüsusilə həssas hesab olunur. Çünki şirkətin süni intellekt üçün nəzərdə tutulan qabaqcıl çiplərinin Çinə ötürülməsi ilə bağlı əvvəllər də narahatlıqlar yaranıb. Megaspeed şirkəti də "Nvidia" texnologiyalarının xaricdəki məlumat mərkəzləri vasitəsilə Çin şirkətlərinə çatdırılması ehtimalları ilə əlaqədar ABŞ rəsmilərinin diqqətini cəlb edib. "Nvidia" qanunsuz çip ötürülməsində iştirakını rədd edib, Çin tərəfi isə casusluq ittihamlarını qəbul etmir.
Məlumatların yayılmasından sonra "Nvidia" səhmlərinin qiymətində də kəskin eniş qeydə alındığı bildirilir. "The Wall Street Journal"ın materialından sonra şirkətin səhmləri birjadankənar ticarətdə 8 faizdən çox ucuzlaşıb.
İnvestorları narahat edən əsas məqamlardan biri də Huanın mümkün gedişindən sonra şirkətə kimin rəhbərlik edəcəyinin bəlli olmamasıdır. O, uzun illərdir "Nvidia"nın strategiyasını müəyyənləşdirən əsas şəxsdir və daha əvvəl ənənəvi varislik planlaşdırmasını zəruri hesab etmədiyini açıqlayıb./qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































