Xəbər lenti
“Amay”da milyonluq əmlaklar satışa çıxarıldı

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (8 noyabr) 23 nömrəli binada yerləşən qeyri-yaşayış sahələri hərraca çıxarılıb.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən ofislər “Amay” ticarət mərkəzinin 7-ci mərtəbəsində yerləşir.
9 ədəd ofisin ilkin satış qiymətləri müvafiq olaraq 80 min-300 min manat aralığındadır və cəmi dəyəri 1 mln 241 min 164 manat təşkil edir.
Qeyd edək ki, “Amay” Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsindən sonra ticarət mərkəzində yerləşən çoxsaylı ofislər və qeyri-yaşayış sahələri rəsmi olaraq Azərbaycan Mərkəzi Bankının balansına verilib.
Belə ki, sözügedən əmlaklar vaxtilə mərkəzin sahibi ilə bağlı yaranmış borc öhdəlikləri və ləğv edilmiş bankların (“Birlikbank” və s.) girov aktivləri çərçivəsində Mərkəzi Bankın mülkiyyətinə keçib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























