Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb

Tarix: 13-11-2026 13:36     Baxış: 342 A- / A+
Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
12 noyabr tarixində Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.
Manevr.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualına cavabında bildirib.
“Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, - XİN rəsmisi vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar