Sizin Reklam Burada
Xəbər lenti
26-11-2026
25-11-2026
BÜTÜN XƏBƏRLƏR

Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq

Tarix: 27-11-2026 08:58     Baxış: 330 A- / A+
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
Artıq ödənilmiş icbari tibbi sığorta haqlarının geri qaytarılması ilə bağlı prosedurda dəyişiklik edilib. Bu sahədə məsul qurum kimi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi müəyyənləşdirilib.

Vətəndaşlar icbari tibbi sığorta haqqının düzgün hesablanmadığı və ya tələb olunandan artıq tutulduğunu müəyyən etsələr, artıq ödənişin qaytarılması üçün bu quruma müraciət edə biləcəklər.

Tibb üzrə ekspert Adil Qeybulla bildirir ki, tibbi xidmət zamanı yol verilən nöqsanlar, müalicənin nəticəsiz qalması və ya ağırlaşmalarla bağlı vətəndaşların iddia qaldırmaq hüququ var. Bəzi hallarda sığorta ödənişlərinin geri qaytarılması məsələsi də gündəmə gələ bilər.

Ekspert vurğulayır ki, tibbi xidmətlə bağlı narazılıqlar yalnız vətəndaşın subyektiv fikri əsasında qiymətləndirilməməlidir. Hər bir müraciət müvafiq ekspertiza rəyindən sonra araşdırılmalıdır.

Mütəxəssisin fikrincə, bu cür müraciətlərin obyektiv araşdırılması həm vətəndaşların hüquqlarının qorunmasına, həm də tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər. Artıq ödənilmiş icbari tibbi sığorta haqlarının geri qaytarılması üçün ödəyici İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edir və Dövlət Vergi Xidmətinin rəyinə uyğun olaraq  vəsaitin geri qaytarılması Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icra edilir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar