Sizin Reklam Burada
Xəbər lenti
24-11-2026
23-11-2026
BÜTÜN XƏBƏRLƏR

Beyətçilər qəbiristanlığı”nın Mir Şahin Ağayevi...

Tarix: 24-11-2026 23:28     Baxış: 328 A- / A+
(Doğum gününə resenziya)
Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Qarşımda ləpiri güzgülərdə boğulan bir məmləkətin payız səhnəciyi, divardakı saatın kəfkirində isə İmmanuel Kantın məşhur bir frazası mütiləşmiş qırmızı rəngli sonsuzluğa, “dişləri sındırılmışlar sərgisi”nə, “beyətçilər qəbiristanlığı”na doğru hökmlə boylanır. Bəli, İmmanuel Kantın əxlaq fəlsəfəsinin sütunlarından olan bir Tanrısal prinsipi:

“İnsan vasitə deyil, məqsəddir.”

... Bu gün bu ölkədə büsbütün mənəvi, psixoloji, idraki varlığını, hətta missiyasını, görəvini, daxili sərhədlərini bu aksiomanın vergül hissəsinə qədər olan məsafəsində “yaşadıb”, qəbrinin belə o intervalda qazılmasına məmnunluqla hazır dayanan, həmçinin “insanın vasitəyə çevrilməsi” təlim sisteminin banilərindən olan imzalar heç vaxt tükənməyib, heç bu gedişlə tükənməyəcək də! (Çünki artan ədədi silsilə ilə yeni-yeni “pöhrə”lər də görünməkdədir...)

... Mir Şahin Ağayev məhz həmin o kəslərdən, “insanın vasitəyə çevrilməsi” təlim sisteminin banilərindəndir.

Yəqin ki, tanıdınız!

Jurnalist, mətbuat, azad düşüncə, qələm, kağız... adına ayıbına bircə an belə kor olmayan(!), gəmini batırıb (və ya gəminin batmasına zəmin yaradıb!), sonra da gəlib saman çöpünün üstündə kapitanlıq eşqinə düşən dirijoru deyirəm — ələyi ələnib, xəlbiri də Tanrını axtaran, qəddarcasına Şirməmməd Hüseynovun məzarından Aynur Camalın nişan üzüyünün güllələnmiş qanadlarına qədər uduzmuş, uduzdurulmuş o məlum dirijoru!.. — Mir Şahin Ağayevi!

... Ümumiyyətlə müasir jurnalistikanın bu Mir Şahin Ağayevi uzun müddətdir ki, bütün çıxışlarında, məsələlərə münasibətdə... (qapısının kilidi təzimlə “yoğrulan” efir məkanından, “əsarət tribunası”ndan!) bütöv, bitkin NƏSƏ demək istəyir, amma və lakin(!) öz şüuraltı təhlil dəzgahının, eyni zamanda seçdiyi (vurğunluq etdiyi!) mərtəbənin qəzalı durumda olması, bununla bərabər, nitqlərində, yazılarında büsbütün “analtik mahiyyətin atrofik vəziyyəti”ni yaşaması onu həmişə yarıyolda qoyur, xarakter(sizliy)inin tragikomik halını dönə-dönə ifşa edir... etməlidir də!

Bəli, xarakter(sizliy)inin tragikomik halını!..

Çünki o, indi ANS-in yox, Real(lığ)ın Mir Şahin Ağayevidir!.. Və o, indi Real(lığ)ın həmin Mir Şahin Ağayevdir Kİ, eləcə öz əksinə (bir dövrlərin Mir Şahin Ağayevinə qarşı!) “üzməyi” bəlkə Tanrıya da söz verib, bütün bataqlıqlara da!

... İllərdi ki, bu gözəlim məmləkətin məlum Mir Şahin həzrətlərinin göstərdiyi jurnalist “performanslarının” təməlində, kökündə, bünövrəsində... onun SÖZ AZADLIĞI adı altında “söz azanlığı” dayanır.

Bir insanın (jurnalistin!) öz sözündə, fikrində, mülahizələrində... azması, itkin düşməsi, hətta axtarışa verilməsi qədər bəlkə də amansız heç nə yoxdur... və olmayacaq da!

Daha Mir Şahin Ağayevlər sözünün, qələminin fonunda axtarışa verilmiş imzalardır... Heç tapılmayacaq da!

... Bir dəfə də yazmışdım, Mir Şahin Ağayev öz cəbhəsində (jurnalistikada) istedadı olan... və elə öz cəbhəsində istedadlı olduğu qədər də “ayağını” (mövqeyini, xarakterini, prinsiplərini!) ən ağır dərəcədə “güllələtdirən” jurnalistlərdəndir. Bəli, məhz “güllələtdirən”!

İndi onu sevənlər (sevmək istəyənlər!) Mir Şahinin bu şəkildə “axsamağını” nə qədər “gizlətmək” istəsə də... alınmır ki, alınmır!

Özü özünü “güllələtdirən” adamlar isə sonradan (haqsız və amansızcasına!) özü “güllələməyə” başlayır... Ki, bu da dəhşətli mənzərədir. Mir Şahin bu saat o “mənzərəni” yaratmaqla məşğuldur...

... Öz adından səksənən bütün istismar edilmişlərə bir gün təqvimə baxmaqdan utanmağı bacarmaq arzusu ilə!


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar