Sizin Reklam Burada
Xəbər lenti
27-11-2026
26-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək

Tarix: 28-11-2026 14:45     Baxış: 324 A- / A+


Cənubi Afrikanın Keyptaun şəhərində təmizlənmiş kanalizasiya suyundan içməli su istehsalını nəzərdə tutan layihənin tender prosesinə başlanılıb.
Manevr.az bakı.vs-ə istinadla xəbər verir ki, şəhər 2018-ci ildə ciddi quraqlıqla üzləşib. Su anbarlarında səviyyənin kritik həddə enməsi səbəbindən əhalinin böyük hissəsinin su təchizatının dayandırılması təhlükəsi yaranıb. Həmin hadisə "Sıfır Gün" adlandırılıb.
Gələcəkdə oxşar vəziyyətin təkrarlanmaması üçün bələdiyyə Faure ərazisində yeni su istehsalı müəssisəsinin tikintisinə hazırlaşır.
Layihə çərçivəsində təmizlənmiş tullantı sularından gündəlik 70-100 milyon litr içməli su əldə edilməsi planlaşdırılır. İlk suyun 2030-2031-ci maliyyə ilində şəhərin su şəbəkəsinə verilməsi nəzərdə tutulur.
Proses zamanı Zandvliet təmizləyici qurğusunda ilkin emaldan keçən tullantı suları borular vasitəsilə Faure ərazisinə çatdırılacaq. Daha sonra su ozonlaşdırma, bioloji və aktiv karbon filtrasiyası, ultrafiltrasiya və ultrabənövşəyi şüalarla təmizlənəcək. Əldə olunan su su anbarlarından gələn su ilə qarışdırılacaq və şəbəkəyə verilməzdən əvvəl yenidən emal olunacaq.
Layihə dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçiriləcək. Seçiləcək şirkət müəssisənin maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və müəyyən müddət ərzində istismarını təmin edəcək. Bununla belə, infrastruktur bələdiyyənin mülkiyyətində qalacaq.
Şirkətlərin texniki imkanlarının qiymətləndirilməsindən sonra seçilmiş namizədlərdən 2027-ci ilin ikinci yarısında ətraflı təkliflərin alınması planlaşdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar