Xəbər lenti
"Xəyalın ağ paltarlı o kəndli qıza gedər, özünlə vidalaşıb onunla görüşərsən" - Afət Viləşsoyun şeiri
Afət ViləşsoyZamanın yolçusu
Keçər yaşın baharı, gələr ömrün qışı da,
Sürüşər sarayının bər-bəzəkli daşı da,
Çıxar yadından tamam eşqin qan yaddaşı da,
Özünlə taykeş düşüb özünlə dəyişərsən.
Çiyinlərin üşüyər, ağlın payıza gedər,
Hələ də yetişməmiş arzular duza gedər,
Xəyalın ağ paltarlı o kəndli qıza gedər,
Özünlə vidalaşıb onunla görüşərsən.
Diz çökərsən önündə, dolanarsan başına,
Bu şiti çıxmış bəxtin duz tökərsən aşına,
Halallıq istəyərsən, dil tökərsən boşuna,
Qayıdarsan özünə, özünlə barışarsan...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)
Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























