Sizin Reklam Burada
Xəbər lenti
28-11-2026
27-11-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən az turist qəbul edən 13 ölkəsi

Tarix: 28-11-2026 16:15     Baxış: 320 A- / A+
Dünyanın ən az turist  qəbul edən 13 ölkəsiDünyada getdikcə daha çox turist məşhur istirahət məkanları əvəzinə az tanınan və fərqli turizm istiqamətlərinə üstünlük verir. Bəzi ölkələrə isə il ərzində 3500-dən də az turist səfər edir.
Manevr.az xəbər verir ki, dünyanın ən az ziyarət edilən 13 ölkəsinin siyahısı hazırlanıb.
Təhlükəsizlik səbəbindən səfər edilməsi tövsiyə olunmayan Sudan və Somali kimi ölkələr siyahıya daxil edilməyib.

Reytinqə Sakit okeanda yerləşən Tuvalu başçılıq edir. Proqnozlara görə, dünya okeanının səviyyəsinin yüksəlməsi nəticəsində 2100-cü ilədək ölkə ərazisinin böyük hissəsi su altında qala bilər.
Dünyanın ən az turist qəbul edən 13 ölkəsi və onların maraqlı xüsusiyyətləri:
1. Tuvalu – Sakit okeanda yerləşən, iqlim dəyişikliyi səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşən ada dövləti.
2. Ekvatorial Qvineya – Vulkanları, şəlalələri, tropik meşələri və dünyanın ən böyük qurbağası olan qol iaf qurbağası ilə tanınır.
3. Marşall adaları – Tarixi nüvə sınaqları və sualtı dünyası ilə diqqət çəkir. Burada batmış hərbi gəmiləri görmək mümkündür.
4. Türkmənistan – Paytaxtı Aşqabad ağ mərmərlə üzlənmiş binaların sıxlığına görə Ginnesin Rekordlar Kitabına düşüb.
5. Kiribati – Sakit okeanda yerləşən, ekzotik adaları və tropik mənzərələri ilə seçilən ölkədir.
6. Niue – Ulduzları və gecə səmasını müşahidə etmək üçün əlverişli məkanlardan biridir.
7. Mikroneziya Federativ Ştatları – Yüzlərlə adası, mərcan rifləri və zəngin sualtı dünyası ilə tanınır.
8. Solomon adaları – Qədim insan qalıqlarının saxlanıldığı Kəllələr adası ilə diqqət çəkir.
9. San-Tome və Prinsipi – Tropik meşələri, çimərlikləri və ekzotik təbiəti ilə məşhurdur.
10. Şərqi Timor – Dünyanın ən gənc dövlətlərindən biri olmaqla yanaşı, zəngin dəniz faunası ilə seçilir.
11. Tonqa – Sakit okeanın təbii gözəllikləri və özünəməxsus mədəniyyəti ilə tanınan ada dövlətidir.
12. Palau – Mərcan rifləri, şəffaf suları və dalğıclıq imkanları ilə məşhurdur.
13. Moldova – Şərabçılıq ənənələri və nəhəng yeraltı şərab zirzəmiləri ilə diqqət çəkir.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar