Satışa çıxarılan əmlaklar arasında N.Pənahlının 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobili də var. Avtomobilə 42 min manat qiymət təyin edilib.
Nemət Pənahlı Teleqraf.az-a açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.
Xatırladaq ki, bir müddət əvvəl Nemət Pənahlının həmin avtomobili 1100 manat cərimə borcuna görə də saxlanılaraq cərimə meydançasına aparılmışdı.


















Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.
















