Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bayraktar qardaşları "Forbes"in milyarderlər siyahısına düşdü

Tarix: 15-02-2025 09:42     Baxış: 4327 A- / A+
 
Dünyanın ən nüfuzlu biznes jurnallarından biri olan "Forbes" bu yaxınlarda "Dünyanın ən zəngin insanları" siyahısını yeniləyib.
Manevr.az xəbər verir ki, siyahıda diqqət çəkən adlar arasında Türkiyədən olan Bayraktar qardaşları da var.
Qeyd olunur ki, ötən il Selşuk Bayraktar 1.2 milyard dollar, Haluk Bayraktar isə 1.1 milyard dollar sərvətlə bu siyahıya daxil olub.
Selçuk və Haluk Bayraktarlar sərvətlərinin artması ilə üst sıralara yüksəliblər.
"Baykar Teknoloji"nin idarə heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52.5 faiz payı sayəsində şəxsi sərvətini 1.8 milyard dollara artırıb. Bu rəqəmlə Selçuk Bayraktar Türkiyənin 15-ci ən varlı adamı olub.
Selçuk Bayraktarın böyük qardaşı Haluk Bayraktar da siyahının əvvəlində öz yerini tutub. "Baykar Teknoloji" səhmlərinin 47.5 faizinə sahib olan Haluk Bayraktarın sərvəti 1.6 milyard dollara çatıb. Bununla da Haluk Bayraktar Türkiyənin 19-cu ən zəngin adamı olub.
Qeyd edək ki, "Baykar Teknoloji" son illərdə istehsal etdiyi pilotsuz uçuş aparatları ilə dünya miqyasında məşhurlaşıb.oxu.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar