Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Konstitusiya hüququ: Hüquqi dövlətin formalaşmasında rolu və əhəmiyyəti

Tarix: 03-03-2025 15:07     Baxış: 3141 A- / A+
Xülasə:
Bu məqalədə Konstitusiya hüququnun hüquqi dövlətin formalaşmasında
rolu və əhəmiyyəti müxtəlif aspektlərdən araşdırılır və
öyrənilir.Konstitusiya hüquqi dövlətin əsas baza sənədini təşkil edir və
onun idarəçilik formasını,ədalətin təmin olunmasını,qanun qarşısında hər
kəsin bərabərliyi prinsipini,insan və vətəndaş hüquqlarının və
azadlıqlarının necə təmin olunmasını müəyyən edir.

Giriş:
Konstitusiya hüququ hüquqi dövlətlərin əsas hüquqi bazasını təşkil
edir.Konstitusiya hüquqi dövlətin suverenliyinin və müstəqilliyinin əsas
təminatçısıdır.Buna Azərbaycan Respublikasını nümunə kimi göstərmək
olar.Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 Noyabr
tarixində ümumxalq səsverməsi(refeendum) yolu ilə qəbul olunmuşdur və
Azərbaycan dövlətinin hüquqiliyini təmin edir.
1.Hüquqi dövlətin idarəçilik forması:
Hüquqi dövlətin əsas prinsiplərindən biri Hakimiyyətin bölünməsi
prinsipidir və bu prinsip hüquqi dövlətlərin konstitusiyalarında əks
olunur.Bu prinsipə əsasən,müxtəlif hakimiyyət qolları qarşılıqlı fəaliyyət
göstərir.Hakimiyyət əsasən 3 qol arasında bölünür:Qanunverici,İcraedici və
Məhkəmə.Hakimiyyət bölgüsü prinsipi çəkindirmə və tarazlaşdırma sistemi
üzərində qurulur.Bu isə o deməkdir ki,Hakimiyyət bir neçə qol arasında bir-
birindən asılı olmayacaq şəkildə tarazlaşdırılır.
2.Ədalətin təmin olunması:
Ədalət mühakiməsi məhkəmə hakimiyyətinə malik olan məhkəmələr
vasitəsilə həyata keçirilir.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən
edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun
əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan
müddətdə işinin ədalətli Və açıq araşdırılması hüququna malikdir.Həmçinin
məhkəmələr konstitusiya nəzarətini də həyata keçirirlər.Dövlət orqanları
tərəfində həyata keçirilən tədbirlərin konstitusiyaya uyğunluğu,qanunverici
hakimiyyət tərəfindən qanun qəbul edilərkən onun konstitusiyaya
uyğunluğuna məhkəmələr tərəfindən nəzarət edilir.
3.Qanun qarşısında hər kəsin bərabərliyi:
Qanun qarşısında bərabərlik prinsipi hüquqi dövlətin əsas prinsiplərindən
biridir və cəmiyyətin bütün üzvlərinin qanun qarşısında bərabər hüquqlara
və vəzifələrə malik olmasını təmin edir.Buna müvafiq olaraq qeyd edə
bikərik ki “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”in 2.maddəsində
qeyd olunur ki,Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və
digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, ana-
dangəlmə mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq
qoyulmadan butun huquqlara və butun azadlıqlara malik olmalıdır.Bu
prinsip demək olar ki,bütün hüquqi dövlətlərin konstitusiyalarında öz əksini
tapmışdır.
4.İnsan və Vətəndaş Hüquqlarının və Azadlıqlarının təmin
edilməsi:
Bu prinsip də Hüquqi dövlətin əsasını təşkil edən prinsiplərdən biridir.Əsas
insan və vətəndaş hüquqları və azadlıqları milli qanunvericilikdə
konstitusiya,beynəlxalq qanunvericilikdə isə Avropa İnsan Hüquqları
Konvensiyasına əsasən tənzimlənir.İnsan hüquqlarına hörmət
edilməsi,yaşamaq hüququ,azadlıq və toxunulmazlıq hüququ,fikir
azadlığı,vicdan və din azadlığı kimi əsas insan və vətəndaş hüquqları və
azadlıqları “Avropa İnsan Hüquqları Konvensiyası”ın 2,5,8,9,10,11,12 və
13-cü maddələrində öz əksini tapmışdır.Əsas insan və vətəndaş hüquqları
və azadlıqları daxili qanunvericiliyimizdə Azərbaycan Respubliksı
Konstitusiyasının 3-cü fəslində öz əksini tapmışdır.Hüquqların və
azadlıqların qorunması və təmin olunması dövlətə olan rəğbəti artırır və
dövlətin hüquqiliyini təmin edir.

Nəticə:
Nəticə etibarilə,Hüquqi dövlətin formalaşmasına əhəmiyyətli dərəcədə
təsir göstərən prinsiplər daxili qanunvericilikdə konstitusiyalarda öz əksini
tapır.Elə buna görə də konstitusiyalar hüquqi dövlət qanunvericiliyinin “Şah
damar”ı hesab olunur.
İstifadə olunan mənbələr:
1.Z.Əsgərov ,Konstitusiya Hüququ,Bakı,2011
2.Ümumdünya İnsan Hüquqları Bəyannaməsi,1948
3.Avropa İnsan Hüquqları Konvensiyası,1950
4.Azərbaycan Respublikasının Konstitusiyası

Rauf Mədətov
Naxçıvan Dövlət Universitetinin
 Hüquqşünaslıq ixtisası üzrə tələbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar