Sizin Reklam Burada
Xəbər lenti
11-12-2024
10-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sevin Əkrəm Əylislini…- Emil Rasimoğlu yazır

Tarix: 06-12-2024 12:12     Baxış: 3100 A- / A+
Əkrəm Əylisli müasir ədəbiyyatımızı yaradan (məhz yaradan!), ədəbi prosesə təsir göstərməyi bacaran azsaylı İmzalardandı. 
 
O sənətkardı... Bir sənətkarın ədəbiyyat, sənət tərəfi toxunulmazdı. Çünki sənət ümumbəşəridi — tək bir xalqın, millətin deyil, mütaliə edib, fərqinə varan, dərk edən hər kəsindir.
 
... On bir iqlimin doqquzu Azərbaycandadır amma Azərbaycanın deyil!.. Sənətkarı bir az da bu şəkildə şərh etmək olar.
 
Qayıdım Əkrəm Əylisliyə... Bir zaman yan(dırıl)an sadəcə onun kitabları oldu, əsərləri yox... Əsəri yalnız zaman “yandıra” bilər. O da ki, bir başqa parametrlərlə. Bu artıq sənət, sənətkarlıq məsələsidir.
 
Bəs, Əkrəm Əylislinin “yazıçı günahı” nə oldu?
 
Unutmaq lazım deyil ki... yaradıcılıqdan savayı, həm də sənətkarın düşüncə missiyası millət, din... və bu kimi parçalayıcı ideologiyalardan çıxış etmək yox, ümumbəşəri ideyalara, rənglərə... sökənməkdi. Bu söykənişin özü belə fövqəl yaradılışdı.
 
Sən müharibənin, düşmənçiliyin... əlehinəsənsə o zaman millət, din... və bu kimi müəyyən ideologiyalardan çıxış etməli deyilsən (İllah da yaradıcı adam olasan!)... Yaradıcı adam bütün bu xarakterli “dişli ideologiyaların” üst qatında dayanmalıdır, mətnin emalı da o qatda baş tutmalıdır. Fərq etmir, o sənət adamı hansı coğrafi ərazidə (Amerikada, Rusiyada, Azərbaycanda, Çində, Ermənistanda və.s) bioloji olaraq doğulub. 
Əkrəm Əylislinin də məhz ən böyük “ali günahı” o üst qatda dayanmağı oldu ki... əslində bu da sənətin bir “İlahi genidir” (Belə də olmalıdır!). Eyni zamanda bir idrakın “gücü” ilə “barışdırıcı boyaların” varlığını göstərmək deməkdir.
 
... XÜSUSƏN “Daş yuxular” əsərinə gəldikdə isə... Əkrəm Əylisli bütün əsərlərində, eləcə də “Daş yuxular” əsərində nə yazdığının, nə yaratdığının çox gözəl fərqindədir.
 
Hələ də davam edən hay — küyə... şüuraltı əsassız, yanlış nifrətə... korkoranə münasibət sərgiləmələrinə... gərək yox!
 
“Daş yuxular” əsərinin öz ideyası var... və YAZIÇI MİSSİYASI... FÖVQƏL ENERJİ... YARADICI MEXANİZM... SPESİFİK ƏDƏBİ TƏFƏKKÜR ümumbəşəri kodlarla məhz o ideyanı təqdim edir.
 
O əsərin təməlində olduqca ciddi nüanslar dayanır. O nüanslar ki, əsərin məlum İDEYAsının tərkib hissəsini təşkil edir. 
... Düşmənçiliyin yox edilməsinin, bitməsinin mahiyyəti, fəlsəfəsi, (necə deyərlər, hələ at belindən üzübəri gələn) qarşılıqlı nifrətin sonu... əsərin əsas ideyasının ÜMUMBƏŞƏRİ MƏĞZİdir. Yazıçı cəsarəti də məhz həmin ideyaya xidmət edir.
 
... Bir əsəri “siyasət masası”nda, müəyyən “dişli ideologiyalar”ın fonunda... və ya hansısa “maraqlar” naminə, kortəbii tərzdə, kütlə təfəkkürü ilə hissə — hissə, ayrı — ayrılıqda müzakirə etdikdən sonra, yanlış qənaətə gəlinirsə (bu halda yanlış qənaət şübhəsizdir!), o artıq bir sənətkarın, yazıçının problemi deyil...
Bədii əsər (yalnız və yalnız!) yaradıcı müstəvidə, ədəbi masada sənətin, sənətkar missiyasının mahiyyəti üzərində müzakirə olunar...
 
Sevin Əkrəm Əylislini... Əkrəm Əylislini sevmək qanı su yerinə axıtmaq yox, qanı suya çevirməkdir.










Emil Rasimoğlu
yazar


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar