Sizin Reklam Burada
Xəbər lenti
20-02-2025
19-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan Nobel mükafatına namizəd kimlərdi? - FOTO

Tarix: 18-02-2025 13:08     Baxış: 392 A- / A+
Azərbaycandan Nobel mükafatına onlar namizəddir - ÖZƏL - FOTO
Alfred Nobelin vəsiyyəti əsasında baş tutan və 1901-ci ildən bəri keçirilən Nobel mükafatı kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilir.
6 nominasiyanın hər biri üzrə 3 nəfərə verilən bu mükafatın məbləği isə təxminən bir milyon dörd yüz min ABŞ dollarına bərabərdir. Hər il bir çox ölkə, o cümlədən Azərbaycan mükafatın nominasiyaları üzrə öz namizədlərini təqdim edir.
Manevr.az bildirir ki, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov builki namizədlərlə bağlı Ölkə.Az-ın suallarını cavablandırıb.
O bildirib ki, bu il Azərbaycandan 5 nəfərin namizədliyi irəli sürülüb:
"Bu il 5 nəfər namizədimiz var. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sülh mükafatı üzrə namizəd göstərilib. Bundan əlavə, tibb sahəsi üzrə namizədimiz tibbi biologiya elmləri doktoru, professor Yaşar İbadov, kimya üzrə kimya elmləri doktoru Adil Qəribov, fizika üzrə isə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru Sərhəddin Abdullayevdir.
B.Ələsgərov daha bir nəfərin isə ədəbiyyat üzrə namizədliyinin təqdim edildiyini bildirib:
"Bu, yeni kadrdır. Nobel nizamnaməsinə əsasən İlk dəfə namizəd göstərilən şəxsin adı açıqlanmır. Biz onun adını yalnız 3-4 ildən sonra deyə bilərik, amma hələlik gizli saxlanılır. 
Adı açıqlanmasa da, onu deyə bilərik ki, fransız ədəbiyyatında Şərq mövzusu üzrə tədqiqatlar aparıb".

Allahşükür Paşazadə

Yaşar İbadov

Sərhəddin Abdullayev

Adil Qəribov



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar