Xəbər lenti
Emil Rasimoğlu: “Səməd Vurğun o şeiri yandırıb “külə” döndərməsin?”
![](/uploads/posts/2025-02/rasim.png)
Emil Rasimoğlu yazar
Demək, Səməd Vurğun xəstə yatan vaxtı Bəxtiyar Vahabzadə ona yenicə yazdığı “Ana dilim” şeirini göstərib, çap eləmirlər – deyir.
Səməd Vurğun şeiri oxuyub, Leninin bir fikrini başlığa epiqraf kimi əlavə edir... və bu minvalla da şeir çap olunur.
İNDİ BURADA necə deyərlər, mən məsələnin hələ Lenin tərəfindən YOX (o bir ayrı mövzudur), ədəbi tərəfindən qısaca söz açmaq istəyirəm.
GƏLİN BAXAQ, Səməd Vurğun hansı şeiri oxuyur... VƏ YA hansı şeirə epiqraf yazıb, çap olunmasını istəyir?
“Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.” – bu hissə ilə başlayan və ümumilikdə şeir olaraq özündə heç bir SƏNƏT, SƏNƏTKARLIQ mahiyyətini, YARADICI İSTEHSALı əks etdirməyən, YALNIZ texnikanın üzərində publisistikanı, populizmi, “tribuna didaktikası”nı... yekun nəticədə kütləviliyi ifadə edən bir matrealın dərc olunmasına Səməd Vurğun niyə qol çəksin, razı olsun, cəhd etsin, niyə çalışsın?
NİYƏ FƏRQİNDƏ OLMASIN Kİ(!), axı, bu şeirin ədəbiyyatla nə əlaqəsi? Axı, bu şeir niyə ədəbiyyat adı altında təqdim olunmalıdır? Niyə, “təfəkkür kibriti” ilə Səməd Vurğun o şeiri yandırıb “külə” döndərməsin?
Bilirsiniz, niyə fərqində ola bilməyib, inkar etməyib? Çünki Səməd Vurğunun özündə o inkarçılığı ortaya qoyacaq YARADICI GÜC, gerçək ədəbi meyarlardan çıxış etmə potensialı yox idi...
OLMAYIB. Çünki Səməd Vurğun da müəyyən bədii ştrixlərin fonunda daim qələmi kütləyə “yuvarladıb”. BU FAKT bir daha Bəxtiyar Vahabzadənin məlum şeirinə münasibətdə öz təsdiqini tapır.
TƏBİİ Kİ, mən öncəki ədəbi yazılarımda da bir neçə dəfə QEYD ETMİŞƏM Kİ, Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox. Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi.
İNDİ TƏSƏVVÜR EDİRSİNİZMİ Səməd Vurğun ədəbiyyatla əlaqəsi olmayan nə qədər şeirin çapına yol açıb? Digər müşahidələr də buna sübutdur...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://static.cdnsb.net/qaynar-s3/2025-02/5dfebfa5c4bcfd36fdef1927121e26a3_Untitled-1.jpg)
![](https://olke.az/file/articles/2025/02/19/1739978292_1264498.png)
![](https://news.milli.az/media/2025/02/08/tramp.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar