Xəbər lenti
Bura poliklinaka, avtosalon, yoxsa avtodayanacaqdır?!... -FOTOLAR

"Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
SurətiAzərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova
SurətiAzərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova
SurətiTƏBİB-in icraçı direktoru cənab Vüqar Bayramova
Bir qrup Sumqayıt şəhər sakinlərinin
M Ü R A C İ Ə T İ
Gündəlik olaraq dövri mətbuatdan yol nəqliyyat hadisələri ilə bağlı məlumatları izləyirik. Dövlət Yol Polis Xidmətinin əməkdaşları qanun pozuntularına yol verən sürücülərə qarşı operativ reydlər keçirərək vəzifələrini icra etdikləri üçün onlara minnətdarıq.
Əfuslar olsun ki, Sumqayıt ş., 40-cı məh., ərazisində yerləşən 1 №-li şəhər xəstəxanasının poliklinika şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır. Poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən biz təngə gəlmişik. Poliklinaka ərazisinin bir hissəsini poliklinaknın həkimləri zəbt edərək şəsi avtomobillərini saxlayırlar. Digər hissəsi isə yoldan keçən sürücülər özləri üçün parkovka yerinə çevrilibdir. Poliklinanın 2 girişindən birində maneə baryeri (şlakbaum) olsa da, digər girişindəki maneə (şlakbaum) naməlum şəxslər tərəfndən sökülüb. Buna görə də istənilən sürücü poliklinika ərasinə daxil olub hətta qapının ağzında maşınlarını rahat parkovka edirlər. Bu da öz poliklinkaya gələn sakinlərin təhlükəsizliyinə ciddi maneə yaradır. Poliklinikanın rəhbərliyi o avtomobilləri niyə görmür ?!
Xahiş edirik sakinlərin poliklinika ərazisinə qanunsuz daxil olan avtomobil sürücüləri barəsində tədbir görməklə yanaşı avtomobillərin poliklina ərazisinə daxil olmasını əngəlləmək üçün poliklinikanın digər girişindən sökülmüş maneənin (şlakbaum) bərpa olunması üçün tədbir görəsiniz.
Öncədən Sizə minnətdarıq", müraciətdə deyilir.
Sumqayıt şəhərinin çoxsaylı
sakinləri adından Aqil Osmanov
Ünvan: Sumqayıt ş., Corat bağları ev-231
Tel. 399-90-39
16.02.2025
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar