Xəbər lenti
Avropa Cüdo Birliyinin prezidenti “Judo Club 2012”də olub -FOTOLAR

Manevr.az xəbər verir ki, martın 2-də keçirilən görüşdə "Azman Holdinq" şirkətinin media meneceri Xanlar Məmmədov, "Judo Club 2012"nin icraçı direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov iştirak ediblər.
Fariz Hüseynov ölkəmizdə, cüdonun inkişafı üçün hər cür şəraitin olduğunu qeyd edib.
Klubun zalları və yenilənmiş infrastrukturu ilə yaxından tanış olan Laszlo Toth Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun klubda cüdonun inkişafı üçün yaratdığı şəraiti yüksək qiymətləndirib.
Bildirib ki, müasir standartlara cavab verən klubda uğurlu nəticələr əldə etmək üçün hər cür şərait var. O, söhbət zamanı Azərbaycan Cüdo Federasiyası ilə EJU arasında əlaqələrdən danışaraq bu əlaqələrin son vaxtlar daha da genişləndiyini diqqətə çatdırıb.
Dəfələrlə Azərbaycanda səfərdə olduğunu deyən L.Tothölkəmizdə cüdonun inkişafı ilə bağlı məqsədyönlü iş aparıldığını qeyd edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar