Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub. Manevr.az bildirir ki, bu barədə oxu.az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.
O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. "Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir", - deyə o qeyd edib.