Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Bu elektrik lampalarının idxalı və satışı qadağan edilir

Tarix: 03-03-2025 15:42     Baxış: 426 A- / A+
Azərbaycanda elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Manevr.az
xəbər verir ki, bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.
 
Layihəyə əsasən, 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının idxalı isə 2026-cı il iyulun 1-dən qadağan olunur.
Dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışı dayandırılır.
Buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunub, lakin artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənib.oxu.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar