Xəbər lenti
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazandı

Azərbaycan millisinin iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində finala yüksəlib.
Manevr.az xəbər verir ki, Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yarımfinal döyüşlərini qələbə ilə başa vurublar.
Süleymanov finala gedən yolda Giorgi Kapanadze (Gürcüstan) ilə döyüşüb. Görüş onun 4:1 (28*:28, 29:27, 28*:28, 27:29, 28*:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, qızıl medal uğrunda qarşılaşmada Xujanazar Nortojyevlə (Özbəkistan) üz-üzə gələcək.
Qəhrəmanov Demur Kajayadan (Gürcüstan) güclü olub. O, 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Azərbaycan təmsilçisi finalda Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.
Digər boksçulardan Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olduqları üçün turniri bürünc medalla başa vurublar. Hüseynov Daniyal Sabitlə (Qazaxıstan) qarşılaşmanın ikinci raundunda zədələndiyindən döyüşü davam etdirə bilməyib. İsgəndərovun Torexan Sabirxanla (Qazaxıstan) görüşündə isə rəqib 3:2 (27:30, 28:29, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar