Xəbər lenti
Kimlər oruc tuta bilməz?

Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif qocalar oruc tutmamaqda güzəştlidirlər.
Manevr.az-ın xəbərinə görə, Bunu teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev bildirib.
O bildirib ki, hamilə qadınlar sonrakı vaxtlarda qəza tutmalıdırlar.
“Sağlam insanlara isə oruc tutmaq mütləqdir, amma 10 gün və ya 10 gündən az müddətdə səfərə gedəcək insanlar da həmin günlərdə oruc tutmamalıdır. Onlar Ramazan ayından sonrakı vaxtlarda qəza oruclarını tuta bilərlər. 10 gündən çox başqa bir yerdə səfərdə olanlar isə oruc tutmağa mükəlləfdirlər”, - deyə o vurğulayıb.
Fuad Nurullayevin sözlərinə görə, Rəcəb və Şaban ayları Ramazana hazırlıq kimi qiymətləndirilir.
“Bir çox möminlər oruca həmin aylardan başlayırlar. Şaban ayından Ramazan ayına oruclu olaraq keçən şəxsə böyük savab yazılır. Şaban ayının sonuncu günü oruc tutub Ramazan ayına oruclu daxil olan insana Allah 1 ayın savab yazır”.
İlahiyyatçı alim hesab edir ki, müsəlman dünyası Ramazan ayından layiqincə bəhrələnməlidir, çünki bu ay dua, zikr ayıdır.
“Müqəddəs Quran buyurur ki, bu ayın fəziləti bütün aylardan yüksəkdir, ona görə də Ramazana ayların sultanı deyirlər. Bu ayda insan bacardığı qədər dua etməli, Allahdan günahlarının bağışlanmasını diləməli, ümumiyyətlə, bu ayın mənəvi dəyərlərindən layiqincə istifadə etməlidir. İmkan varsa, iftar süfrəsi açılmalı, kasıblara kömək edilməlidir. İftarda imkansız insanları toplamaq və iftar niyyəti ilə onlara yardımlar etmək savab işlərdəndir.
Peyğəmbərimiz buyurur: yazıq insan odur ki, Ramazan ayına daxil ola və onun sonuna çata, amma özünü bağışlatmadan ondan ayrıla. Ona görə də insanın nə xətası varsa, bağışlanmağını diləməli və ayın sonuna qədər paklanmalıdır".
İlahiyyatçı həmçinin əlavə edib ki, Ramazanda insan təkcə yemək və içməklə deyil, eyni zamanda dili, gözü, qulağı ilə də oruc olmalıdır:
“Nə qeybət etməli, nə də qeybətə qulaq asmalıdır. Günahdan uzaq durmalı, özünü mənən və ruhən saflaşdırmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar