Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya

Tarix: 27-02-2025 21:53     Baxış: 326 A- / A+


Xəbər verdiyimiz kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus "Embraer E190" sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.
Manevr.az xəbər verir ki, Trend-in Azərbaycan hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Çeçenistan rəhbərliyinin ifadə etdiyi bu mövqe Azərbaycan tərəfindən məqbul hesab edilir.
Bildirilib ki, qəza baş verəndən sonra Çeçenistan rəhbərliyi tərəfindən bəzi şəxslərin təltif edilməsi Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin hiddət yaratmışdı. Ancaq aparılan araşdırmalar göstərdi və Azərbaycan tərəfində də dəqiq məlumat var ki, Çeçenistan rəhbərliyinin bu məsələlərdə günahı və rolu olmayıb. Bu hadisəni törədən Rusiya hərbçiləri olub.
“Azərbaycanda gec də olsa, bu məsələyə Çeçenistan tərəfindən münasibətin bildirilməsi məqbul hesab edilir”, - deyə mənbələrdən bildirilib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında Rusiyanın havadan müdafiə sisteminin ("Pantsir") hücumuna məruz qalıb və ciddi zədələnib. Qroznı və yaxın hava limanlarında enişinə izn verilmədiyindən təyyarə Qazaxıstana istiqamət alıb və Aktau yaxınlığında ciddi zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i (o cümlədən 3 heyət üzvü) ölüb, 29 nəfər sağ qalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar