Xəbər lenti
“Duolingo ilə İngilis dilini asan və səmərəli öyrən!” adlı layihənin bağlanış tədbiri keçirilib -FOTOLAR

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu rayon sektorunun əməkdaşları, layihə rəhbəri Aynur Nemətova, layihə üzrə ekspert Ziba Məmmədova və Ağsu rayon təhsil ictimaiyyətinin nümayəndələrinin və valideynlərin iştirak etdiyi tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Ağsu şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aynur Nemətova layihənin məqsədi və layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzr ə VIII qrant müsabiqəsi"nin fərdi kateqoriysı üzrə qalib gəlmiş “Duolingo ilə İngilis dilini asan və səmərəli öyrən!” adlı layihənin məqsədi Ağsu rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Onun sözlərinə görə layihə çərçivəsində Ağsu şəhər 3 nömrəli tam orta məktəbində Ağsu rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz İngilis dili kursu təşkil olunub. İngilis dili kursunun təlim proqramına uyğun olaraq həm kitablarla, həmçinin də duolingo proqramı vasitəsi ilə müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib- anlamaq bacarıqları öyrədilməklə, "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilir, hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçilib, tədrisin nəticələri layihənin eksperti tərəfindən müsbət dəyərləndirilib.
Tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu rayon sektorunun müdiri vəzifəsini icra edən Natiq Heydərov layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, bölgələrdə bu kimi layihələrin icra olunması vacibdir.
Layihənin eksperti Ziba Məmmədova kursda təhsil alan 15 şagirdin ilkin test imtahanının nəticələrinə əsasən seçildiyini, hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirildiyini, ümumilikdə layihənin uğurla icra edildiyini, ingilis dili təlimlərinin, ümumilikdə layihənin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.
Sonda layihə çərçivəsində təşkil olunmuş kursu bitirən müdavimlərə diplom və sertifikatlar təqdim edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar