Sizin Reklam Burada
Xəbər lenti
08-02-2025
07-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hökumə Əliyevanın xatirəsinə həsr edilən "Səma mələyi" adlı kitab nəşr edildi

Tarix: 08-02-2025 19:16     Baxış: 358 A- / A+

             Təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsinə həsr edilən "Səma mələyi" adlı kitab nəşr edilib.
Kitabın tərtibçis Adim Adıgözəlin Manevr.az-a bildirdiyinə görə, kitab üç bölmədən ibarətdir:
"Birinci bölmədə mənim yazdığım oçerk, ikinci bölmədə Hökumə Əliyevanın xatirəsinə həsr edilən şeirlər, üçüncü hissədə isə xatirələr verilib. Eyni zamanda kitabda Milli Qəhrəmanın geniş tərcümeyi-halı və ömrünün müxtəlif məqamlarını əks etdirən şəkillər yer alır.
Toplunun "Ön söz" müəllifi və redaktoru Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigardır", o bildirdi.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub.
Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda dəfn edilib.

O, 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirmişdir. Atası Cəlil Əliyevin sözlərinə görə, bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa olaraq işləməyə başlayan Hökumə Əliyeva yaxın günlərdə hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.

Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar