Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Türkiyə Qərargah danışıqları keçirdi

Tarix: 01-03-2025 12:46     Baxış: 326 A- / A+


Azərbaycan ilə Türkiyə arasında imzalanmış "İkitərəfli hərbi əməkdaşlıq proqramı"na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyin Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Keçirilən Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra səfər planına uyğun olaraq, Aviasiya təmir zavodunu ziyarət edən Türkiyə nümayəndə heyətinə müəssisənin yaranma tarixi, inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilib.
Zavodun istehsalat bölmələrində yaradılan şəraitlə tanış olan qonaqlar burada təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər.
Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən görüşdə Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqlarla görüşərək onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Qonaqlar hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyə nümayəndə heyətinə təhsil müəssisəsi ilə bağlı ətraflı məlumat verilib və ölkələrimiz arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlardan geniş söhbət açılıb.
General-leytenant H.Duman hərbi institutun “Fəxri qonaqlar kitabı"na ürək sözlərini yazıb.
Plana əsasən, sonda Türkiyə nümayəndə heyəti HHQ-nin "N" hərbi hissəsini ziyarət edib. Qardaş ölkənin nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar