Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Baxçalının ölüm xəbərini paylaşan şəxs saxlanıldı

Tarix: 28-02-2025 18:22     Baxış: 421 A- / A+

Türkiyədəki Gələcək Partiyasının Trabzon İl sədri Həsən Kamil Vəlioğlu sosial media hesabında Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının vəfatı ilə bağlı paylaşım etməsi səbəbindən saxlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Paylaşıma görə gələn reaksiyalardan sonra Gələcək Partiyası Vəlioğlunun siyasi təşkilatın sıralarından uzaqlaşdırıldığını açıqlayıb.
Partiyanın sədr müavini Ömər Ünal məsələ ilə bağlı açıqlama verib: "MHP sədri Dövlət Baxçalının səhhəti ilə bağlı yalan məlumat yayan Həsən Kamil Vəlioğlu vəzifəsindən uzaqlaşdırılıb".
Qeyd edək ki, "MHP sədri Baxçalı bir müddət əvvəl dünyasını dəyişdi. Hələlik rəsmi açıqlama olmasa da, yaxın zamanda açıqlanacaq. Bütün MHP təşkilatlarına başsağlığı verirəm. Allah rəhmət eləsin", - deyə Vəlioğlu paylaşımında bildirmişdi.publika.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar