Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenski cümə günü Ağ evə gələcək, böyük razılaşma olacaq - Tramp

Tarix: 27-02-2025 14:18     Baxış: 320 A- / A+

Donald Tramp cümə günü Volodimir Zelenskinin Ağ Evə gələrək nadir yeraltı minerallarla bağlı müqavilə imzalayacağını elan edib, lakin ABŞ bu razılaşma çərçivəsində Ukraynaya ciddi təhlükəsizlik təminatları verməyəcək.
Manevr.az  bu barədə "The Guardian" nəşrinə istinada xəbər verir.
Tramp kabinet iclasında Zelenskinin cümə günü Vaşinqtona gəlib müqaviləni imzalayacağını təsdiqləyərək, bunu "böyük razılaşma" adlandırıb.
Razılaşma günlərlə davam edən gərgin danışıqlardan sonra əldə olunub, bu müddətdə Zelenski ABŞ-dən Ukraynanın təhlükəsizliyini təmin etməyi tələb edib. Müqavilənin detalları hələ tam aydın deyil. Razılaşmaya əsasən, ABŞ və Ukrayna arasında yeraltı sərvətlər və digər qiymətli mineralların hasilatından, həmçinin bəzi neft və qaz gəlirlərindən maliyyələşən birgə fond yaradılacaq.
Trampın sözlərinə görə bu müqavilə ABŞ-nin Kiyevə hərbi yardım üçün xərclədiyi yüz milyardlarla dolları geri qaytarmasına imkan yaradacaq.
Qeyd edək ki, Zelenski Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin təzyiqinə müqavimət göstərərək müqavilənin ilkin variantını imzalamaqdan imtina edib. Zelenski bazar günü keçirdiyi mətbuat konfransında "Mən on nəsil ukraynalının ödəməyə məcbur olacağı sənədə imza atmayacağam," deyə bildirib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar