Xəbər lenti
"Namiq Dəlidağlının poeziyası təkcə ədəbiyyat nümunəsi deyil, həm də bir xalqın yaşadığı taleyin aynasıdır" - Mənsurə Xələfbəyli
Şair ömrü
Mənsurə Xələfbəyli
Yazıçı, AYB - nin üzvü,
Prezident mükafatçısı,
“Turan” ədəbi məclisinin həmsədri
Şair ömrü dalğalı dənizə bənzəyir. Duyğularını dərin yaşayır, acısını qəlbində daşıyır, aşıb daşdıqca sözləri misralara tökülür. Şair yaşadığını yazır, kəlmə - kəlmə tikir şeir sarayını. Şairin söz dünyası ümman kimi sirr doludur, qələmi əlinə alan kimi düzülür şeirlər, açır sirrini, kainata pıçıldayır qəlbində daşıdığı ağrısını, acısını. Dərya kimi dərindir şair dünyası, dalğalanır misra- misra, şeir- şeir. Dəniz coşur, dalğalar sahilə vurur, şairin də ilhamı dəli dalğalar kimi onu vəcdə gətirir:
Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Təbi ilə eşq yaşayan şair Namiq Dəlidağlının sözləri ruhun pıçıltısı, hisslərin kağıza tökülən izidir. Onun şeir dünyası adi insanların görə bilmədiyi rənglərlə doludur. Şair üçün poeziya sadəcə sənət deyil, həm də daxili aləmin, duyğuların səmimi etirafıdır. Yağış damlası, payız yarpağının düşməsi, küləyin səsi, aşıb daşan dəniz, hətta qar dənələri belə şair üçün ilham mənbəyidir. Və bu nəhəng poeziya dərin tənhalıq içində yaradılır. Ən güclü söz də o tənhalıqdan doğulur:
İndi görən hardasan,
a yolları "bağlanmış".
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
Lirik şeirlərində sevgi bəzən ümid dolu, bəzən də ağrılı bir hiss kimi ifadə olunur:
Həsrət yüklü
duyğularımın dadını qaçırtdın...
Sən gələndən hicran adlı
hisslərimin üzünə çıxa bilmirəm.
Bu xaraba qalmamışda
hamı ayrılıqdan danışır.
Mən nə deyim?...
Getməyəcəydinsə
niyə gəlirdin? Ayrılığın
sevmədiyi qadın!
"Ayrılığın sevmədiyi qadın!" Bir sözlə, möhtəşəm!!! Rəhmətlik şair Məmməd Namaz Namiqin şeirlər kitabına gözəl məqalə yazmışdı. Az qala hər şeirə, sağ ol, Namiq! ,deyirdi. Çox təsirlənmişdim məqaləni oxuyanda. Həqiqətən də, sağ ol, Namiq! O gözəl təbin üçün, ədəbiyyata əsərlərinlə damğa vurduğun üçün!!!
"Son duamı oxudum ayrılıqlar üzünə," deyən şair o ayrılığın qibləsində dayanaraq ah çəkir. Ayrılığın da duası varmış, acısını ürək çəkir.
"Sizə elçi gəldi, bizə ayrılıq" adlı şeir, sevginin ən ağrılı anlarından birini – sevdiyi qızın başqa birinə qismət olmasını təsvir edir. "Vağzalı" melodiyası ilə ümidsizliyin son zərbəsi vurulur, çünki bu melodiya toyun başlanğıcı, sevginin isə sonudur. Şairin gözləri gedən sevgilinin yol ayrıcında keşik çəkir, sanki onu geri qaytarmağa çalışır. Amma nə yol qayıdır, nə də o baxışlar bir cavab alır.
Yuxarıda adını çəkdiyim şeirdən misal gətirdiyim üç bənd fikrimi tamamlayır.
"Dəniz" ədəbi birliyinin üzvü idik. Hər şənbə ədəbi məclisə gedirdik. Yeni şeirlər oxunur, sağlam və qərəzsiz müzakirələr aparılırdı. Hər tənqid daha güclü əsərin meydana gəlməsinə səbəb olurdu. Namiqi ədəbi məclisdə görüb tanıdım. İstedadlı gənc kimi hamının diqqətini çəkmişdi. "Ay ev yiyəsi" şeiri çox xoşuma gəlirdi. Hara gedirdim qapını o şeirlə döyürdüm. Namiqə zarafatla, qağa, səni təbliğ edirəm, deyirdim:
Qapını döyürəm, niyə açmırsan?
Gör gələn bir kimdi, ay ev yiyəsi.
Ürək eləmirsən yoxsa açmağa...
Nə adam döyənəm, nə də yeyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Kimim var, üz tutum qayıdım hara?!
Bəlkə də ölməyə gəlmişəm bura.
Bəlkə bir diləyə gəlmişəm bura,
Bəlkə bir sözüm var sənə deyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Namiq ayrılığı yalnız sevgi mövzusunda deyil, daha geniş bir kontekstdə işlədib. Şeirlərində doğma yurdundan ayrılmağın ağrısı, el-obadan uzaq düşməyin verdiyi nisgil də əks olunur. O, ayrılığı müvəqqəti bir kədər kimi deyil, insan ruhunu içdən içə yandıran bir yanğı kimi təsvir edir:
Düşmən gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb,
sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.
"Üşüyür"
1995
Yetim qalmış kəndin və isti ocağından didərgin düşən insanların ağrısı, ata həsrəti "Üşüyür" şeirində böyük ustalıqla dilə gətirilmiş, hər misrası sanki şairin göz yaşı ilə qələmə alınmışdır.
Namiq Dəlidağlının poeziyasında Kəlbəcər təkcə bir torpaq parçası deyil, həm də onun bütün keçmişi, uşaqlıq xatirələri, sevinci, kədəridir. O, doğma elindən didərgin düşməyin nə qədər ağır bir yük olduğunu, torpaq sevgisinin insan ruhunda necə dərin iz buraxdığını səmimi və təsirli misralarla oxucularına çatdırmağı bacarır:
Çaylarda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,
əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın.
Şeirləri ilə üsyan edən şair bir ümid parçası daşıyır o yorğun ürəyində. Ata yurdu, Vətənində vətənsiz olmaq dərdi canını yandırır və şair bütün dünyaya hayqırır:
Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl göyçəyi öldü,
nə ağır yas düşdü dağlara, qardaş.
Elə yaralar var heç sağalmır, getdikcə dərinləşir, canını yandırır. Dərdi çəkdikcə dərdin böyüyüb dünyalara sığmır. Nə ölə bilirsən, nə qala bilirsən:
Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür.
Namiq Dəlidağlının yaradıcılığı Vətənə, torpağa və insan duyğularına dərin sevginin ən gözəl nümunələrindən biridir. Onun şeirləri yurd həsrəti çəkən hər kəsin qəlbində dərin iz buraxır və doğma torpağa bağlılığın nə qədər güclü bir hiss olduğunu oxucularına çatdırır. Bu baxımdan, Namiqin poeziyası təkcə ədəbiyyat nümunəsi deyil, həm də bir xalqın yaşadığı taleyin aynasıdır:
Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən.
Çıxıb kəndimizə getməyim gəlir,
geriyə dönməyə üzüm nə gəzir.
Ölüb qalmadım da o kənddə barı,
İndi qəbrim nələr boy atmışdı, boy,
Üstündə nə qədər çiçək bitmişdi,
ağ, sarı, qırmızı...neçə rəngdə.
Allah səbr edənləri sevər. Ancaq səbr etdikcə yurdumuzun həsrəti xəstə saldı canımızı. Səbr daşı çatladı - igid, cəsur oğullarımız illərdir gözlədikləri əmri aldılar. 44 günlük savaş yurd dərdinə çarə oldu. Həsrət acısına, həsrət yanğısına su səpdi:
İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...
Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dürr daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...
Namiqin şeir dünyası təkcə hisslərdən ibarət deyil, burada həyatın mənası, insanın varoluşu, zaman və tale kimi dərin fəlsəfi mövzular da əks olunur. Onun hər misrası içində bir duyğu, bir hekayə, bir dünya daşıyır:
Qarışqa özünə yem daşıyan tək,
dərdimi içimə daşıyıram mən.
Şələ götürürəm özümdən böyük,
qarışqa ömrünü yaşayıram mən.
Qarışqa ömrünü yaşayıram, deyən qardaşım, o yorğun ürəyini sevinc zərrələri ilə toxumağın vaxtıdır. Ata ocağının işığı heç bir zaman sönməsin, kəndimizin qışı üşüməsin, çiçəklər küsməsin, dağlarımız ah çəkməsin. Vətən üçün canını fəda edən qəhrəmanlarımızın ruhu əbədi şad olsun.
Payımıza düşən tale yükünü çəkə- çəkə illərdi yol gəlirik - yıxıldıq, durduq, ağladıq güldük. Bilmirəm, bəlkə də çox ağrıdı acılardan yoğrulan qəlbimiz, bəlkə ona görə qələmə sarıldıq. Ancaq hər kəsin payına ŞAİR olmaq düşmür. Ömrünü şeirə çevirən əziz qardaşım, artıq kədərdən deyil, sevincdən tikilsin şeir sarayın.
Manevr.az

Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana dədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar "vağzalı" çalana qədər.
Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında
mənim baxışlarım keşik çəkirdi.
Yuxarıda adını çəkdiyim şeirdən misal gətirdiyim üç bənd fikrimi tamamlayır.
"Dəniz" ədəbi birliyinin üzvü idik. Hər şənbə ədəbi məclisə gedirdik. Yeni şeirlər oxunur, sağlam və qərəzsiz müzakirələr aparılırdı. Hər tənqid daha güclü əsərin meydana gəlməsinə səbəb olurdu. Namiqi ədəbi məclisdə görüb tanıdım. İstedadlı gənc kimi hamının diqqətini çəkmişdi. "Ay ev yiyəsi" şeiri çox xoşuma gəlirdi. Hara gedirdim qapını o şeirlə döyürdüm. Namiqə zarafatla, qağa, səni təbliğ edirəm, deyirdim:
Qapını döyürəm, niyə açmırsan?
Gör gələn bir kimdi, ay ev yiyəsi.
Ürək eləmirsən yoxsa açmağa...
Nə adam döyənəm, nə də yeyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Kimim var, üz tutum qayıdım hara?!
Bəlkə də ölməyə gəlmişəm bura.
Bəlkə bir diləyə gəlmişəm bura,
Bəlkə bir sözüm var sənə deyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Namiq ayrılığı yalnız sevgi mövzusunda deyil, daha geniş bir kontekstdə işlədib. Şeirlərində doğma yurdundan ayrılmağın ağrısı, el-obadan uzaq düşməyin verdiyi nisgil də əks olunur. O, ayrılığı müvəqqəti bir kədər kimi deyil, insan ruhunu içdən içə yandıran bir yanğı kimi təsvir edir:
Düşmən gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb,
sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.
Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim.
Dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaş üşüyür.
Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı.
Yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.
Bu yaram sağalmaz, loğman, ha sarı,
toxunsan artacaq ağrım-azarım-
Orda, yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.
"Üşüyür"
1995
Yetim qalmış kəndin və isti ocağından didərgin düşən insanların ağrısı, ata həsrəti "Üşüyür" şeirində böyük ustalıqla dilə gətirilmiş, hər misrası sanki şairin göz yaşı ilə qələmə alınmışdır.
Namiq Dəlidağlının poeziyasında Kəlbəcər təkcə bir torpaq parçası deyil, həm də onun bütün keçmişi, uşaqlıq xatirələri, sevinci, kədəridir. O, doğma elindən didərgin düşməyin nə qədər ağır bir yük olduğunu, torpaq sevgisinin insan ruhunda necə dərin iz buraxdığını səmimi və təsirli misralarla oxucularına çatdırmağı bacarır:
Çaylarda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,
əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın.
Şeirləri ilə üsyan edən şair bir ümid parçası daşıyır o yorğun ürəyində. Ata yurdu, Vətənində vətənsiz olmaq dərdi canını yandırır və şair bütün dünyaya hayqırır:
Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl göyçəyi öldü,
nə ağır yas düşdü dağlara, qardaş.
Elə yaralar var heç sağalmır, getdikcə dərinləşir, canını yandırır. Dərdi çəkdikcə dərdin böyüyüb dünyalara sığmır. Nə ölə bilirsən, nə qala bilirsən:
Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür.
Namiq Dəlidağlının yaradıcılığı Vətənə, torpağa və insan duyğularına dərin sevginin ən gözəl nümunələrindən biridir. Onun şeirləri yurd həsrəti çəkən hər kəsin qəlbində dərin iz buraxır və doğma torpağa bağlılığın nə qədər güclü bir hiss olduğunu oxucularına çatdırır. Bu baxımdan, Namiqin poeziyası təkcə ədəbiyyat nümunəsi deyil, həm də bir xalqın yaşadığı taleyin aynasıdır:
Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən.
Çıxıb kəndimizə getməyim gəlir,
geriyə dönməyə üzüm nə gəzir.
Ölüb qalmadım da o kənddə barı,
İndi qəbrim nələr boy atmışdı, boy,
Üstündə nə qədər çiçək bitmişdi,
ağ, sarı, qırmızı...neçə rəngdə.
Allah səbr edənləri sevər. Ancaq səbr etdikcə yurdumuzun həsrəti xəstə saldı canımızı. Səbr daşı çatladı - igid, cəsur oğullarımız illərdir gözlədikləri əmri aldılar. 44 günlük savaş yurd dərdinə çarə oldu. Həsrət acısına, həsrət yanğısına su səpdi:
İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...
Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dürr daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...
Namiqin şeir dünyası təkcə hisslərdən ibarət deyil, burada həyatın mənası, insanın varoluşu, zaman və tale kimi dərin fəlsəfi mövzular da əks olunur. Onun hər misrası içində bir duyğu, bir hekayə, bir dünya daşıyır:
Qarışqa özünə yem daşıyan tək,
dərdimi içimə daşıyıram mən.
Şələ götürürəm özümdən böyük,
qarışqa ömrünü yaşayıram mən.
Qarışqa ömrünü yaşayıram, deyən qardaşım, o yorğun ürəyini sevinc zərrələri ilə toxumağın vaxtıdır. Ata ocağının işığı heç bir zaman sönməsin, kəndimizin qışı üşüməsin, çiçəklər küsməsin, dağlarımız ah çəkməsin. Vətən üçün canını fəda edən qəhrəmanlarımızın ruhu əbədi şad olsun.
Payımıza düşən tale yükünü çəkə- çəkə illərdi yol gəlirik - yıxıldıq, durduq, ağladıq güldük. Bilmirəm, bəlkə də çox ağrıdı acılardan yoğrulan qəlbimiz, bəlkə ona görə qələmə sarıldıq. Ancaq hər kəsin payına ŞAİR olmaq düşmür. Ömrünü şeirə çevirən əziz qardaşım, artıq kədərdən deyil, sevincdən tikilsin şeir sarayın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar

Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar