Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Fatimə Mövlamlı barəsində qərar verdi

Tarix: 01-03-2025 15:04     Baxış: 322 A- / A+


"Meydan TV" işi üzrə saxlanılan jurnalsit Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Manevr.az xəbər verir ki, Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Fatimə Mövlamlı fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.
2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Dekbarın 8-də Xətai rayon Məhkəməsinin qərarı ilə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirovun hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində fevralın 6-da 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.
Bundan sonra isə fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre) saxlanılıb və bir gün sonra isə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin həmin dövrdə yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.teleqraf.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar