Xəbər lenti
Tramp və Zelenskinin ləğv edilən NAHAR MENYUSU - Onlar üçün nələr hazırlanıb?

Ağ Ev rəhbərinin müavini Den Skavino Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin iştirak etməli olduğu nahara hansı yeməklərin daxil olduğunu bildirib.
Nümayəndə heyətinə pomidor, kələm və qulançar ilə yaşıl salat təqdim edilməli idi. Qonaqlar üçün əsas yemək menyusuna rozmarinlə bişmiş toyuq əti, desert üçün isə krem-brule, müxtəlif giləmeyvə və sitrus peçenyesi daxil edilib.
“Bu gün günortadan sonra Prezident Tramp və onun gözəl komandası ilə nahar oldu. Saat 13:30-da (Bakı vaxtı ilə 22:30) Prezident Tramp boş yerlərə görə daha bir neçə komanda üzvünü dəvət etdi”, - Skavino yazıb.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Amerika və Ukrayna prezidentləri arasında danışıqlar mübahisə ilə başa çatıb: ABŞ lideri həmkarını hörmətsizlik və minnətdarlıq etmədiyinə görə qınayıb və onu atəşi dayandırmaqdan imtina etdiyinə görə tənqid edib və Vaşinqton olmadan Kiyevin “güclü kartları”nın olmadığını söyləyib. Ardınca Zelenskidən mətbuat konfransını və nadir torpaq metalları ilə bağlı sazişin imzalanmasını ləğv edərək Ağ Evi tərk etməsi tələb olunub.teleqraf
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar