Sizin Reklam Burada
Xəbər lenti
02-03-2025
01-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan konstitusiyası və suverenliyinin hüquqi təminatı

Tarix: 01-03-2025 22:14     Baxış: 3273 A- / A+
Dövlət suverenliyi və konstitusiya hüququ demokratik cəmiyyətlərin əsas dayaqlarından biridir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra öz hüquqi sistemini qurmaq və gücləndirmək məqsədilə bir sıra fundamental addımlar atmışdır. 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası ölkənin demokratik inkişafını təmin edən əsas hüquqi sənəd kimi çıxış edir. Bu konstitusiya xalq iradəsinin ifadəsi olaraq referendum vasitəsilə qəbul olunmuş və dövlətin ali hüquqi bazasını formalaşdırmışdır.

Bu məqalədə Azərbaycan Respublikasının suverenlik anlayışı, konstitusiya hüquqları çərçivəsində onun təmin olunması və son illərdə hüquqi islahatların bu istiqamətdə rolu araşdırılacaqdır.

Dövlət suverenliyi beynəlxalq hüququn əsas prinsiplərindən biri olub, hər bir dövlətin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək hüququnu ifadə edir. Azərbaycan  ordusu “44 günlük müharibə” və antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam şəkildə bərpa etdi. Amma suverenlik həm də xalqa məxsus bir anlayışdır.  Konstitusiyanın 2-ci maddəsində isə bu təsbit olunmuşdur  və bu maddə xalqın suverenliyi adlanır. Burda deyilir ki,”Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”.
Suveren olmayan dövlətin xalqı da öz suveren hüquqlarını tam şəkildə həyata keçirə bilməz. Ona görə də bu iki anlayış bir biriləri ilə sıx əlaqəlidir.
Bu müddəa göstərir ki, suverenlik anlayışı təkcə dövlətə aid deyil, eyni zamanda xalqın iradəsini ifadə edir. Yəni Azərbaycan xalqı öz müstəqilliyini qorumaq və idarəetmə formasını müəyyən etmək hüququna malikdir və o Azərbaycanın gələcəyini formalaşdırır.
Azərbaycan  xalqı suverenliyi həyata keçirən yeganə mənbədir. Xalq öz suveren hüququnu bilavasitə referendum vasitəsilə və seçkili nümayəndələri – Milli Məclis və digər dövlət orqanları vasitəsilə həyata keçirir.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir sıra hüquqi və siyasi islahatlar apararaq suverenliyini möhkəmləndirmişdir. Bunlardan ən mühümləri aşağıdakılardır:
1995-ci il Konstitusiyasının qəbul edilməsi – Azərbaycan Respublikasının hüquqi və siyasi sistemini müəyyən edən əsas qanun qəbul olundu.

2002, 2009 və 2016-cı illərdə konstitusiya dəyişiklikləri – Dövlət idarəçiliyi, vətəndaş hüquqları və seçki sistemi ilə bağlı mühüm yeniliklər edilməsi ilə bağlı referendumlar təşkil edildi.

2020,2023-cü illərdə ərazi bütövlüyünün bərpası – Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin tam təmin olunması,ardınca isə 2024-cü il 19 sentyabr tarixində prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət Suverenliyi gününün təsis edilməsi” bütün dünyaya Azərbaycanın həm daxili,həm də xarici siyasətdə heç bir dövlətdən asılı olmadığını sübut etdi.

Bu islahatlar Azərbaycanın müstəqil hüquqi sisteminin inkişaf etdirilməsinə və  beynəlxalq hüquq çərçivəsində öz yerini daha da möhkəmləndirməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının suverenliyi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə dəstəklənir. BMT Nizamnaməsinə əsasən, bütün dövlətlər suveren bərabərlik prinsipinə əsasən tanınır və onların daxili işlərinə qarışmaq yolverilməzdir.
Azərbaycanın suverenliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən hüquqi və siyasi addımlar beynəlxalq hüquq normaları ilə uzlaşır. Ölkə beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək müstəqilliyini və hüquqi statusunu gücləndirmək üçün müxtəlif mexanizmlərdən istifadə edir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin və xalqın suverenliyinin hüquqi təminatını müəyyən edən əsas sənəddir. Hüquqi islahatlar və beynəlxalq hüquqi çərçivədə qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini və hüquqi sisteminin inkişafını möhkəmləndirmişdir. Suverenlik anlayışı təkcə siyasi konsepsiya kimi deyil, həm də hüquqi və konstitusion dəyər kimi qorunmalıdır.

 İstifadə olunmuş ədəbiyyatlar:
1. Azərbaycan Respublikası Konstitusiyası
2. BMT Nizamnaməsi(1945)
3. Helsinki Yekun aktı(1975)
4. Azərbaycan Respublikasında Konstitusiya islahatları və hüquqi inkişaf-Azərbaycan Milli Elmlər Akademiyası,Hüquq institutu, 2023


Nəsrin Əliyeva 
Naxçıvan Dövlət Universitetinin
Hüquqşünaslıq ixtisası üzrə l kurs tələbəsi  

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar