Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağa səfər üçün portaldan icazə ləğv olunur? – Rəsmi

Tarix: 01-03-2025 18:16     Baxış: 325 A- / A+


“Yolumuzqarabaga.az” portalı üzərindən icazə alaraq işğaldan azad olunan ərazilərə 2 gün səfər müddəti şəxsi minik avtomobili ilə edilən səfərlərə aiddir.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, hazırda da bu səfərlər sözügedən portal üzərindən həyata keçirilir:
“Avtobuslarla ziyarət xarakterli səfərlər zamanı vətəndaşlar eyni gündə yola düşdüyü avtobuslarla geri qayıtmalı olurdular. Ancaq indi - müntəzəm reyslər vasitəsilə səfər edənlər isə icazələri müddətində həmin ərazidə qala bilərlər.
İşğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımız martın 1-dən müntəzəm reyslər üzrə biletləri yalnız “Biletim.az” portalı üzərindən əldə edə biləcəklər. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir”.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “Yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edildiyi elan olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar