Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış yazıçı: “Oğlum evdən gedəndə məktub yazmışdı ki...”

Tarix: 01-03-2025 20:37     Baxış: 327 A- / A+

"Oğlum evdən gedəndə məktub yazıb qoymuşdu. Məktubunda deyirdi ki, dərslərdən yorulub, artıq onlar onu sıxır".
Manevr.az xəbər verir ki bunu oxu.az-a açıqlamasında tanınmış yazıçı Müşfiq Xan deyib.
Ötən gün oğlunun evdən qaçmasının ardınca yaşanan hadisələrdən danışan naşir qeyd edib ki, hazırda oğlu 10-cu sinifdə oxuyur və I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşır:
"Bizim evdə təxminən dörd ay əvvəl yanğın olmuşdu, hələ də biz öz evimizdə yaşamırıq. Evdə təmir işləri gedir. Dünən, uşağın itməsi ilə bağlı müraciətdən sonra, Daxili İşlər Nazirliyinin 16, 20 və 40-cı polis bölmələrində çalışan əməkdaşlar, təhlükəsiz şəhər kameralarını bir-bir izləyərək, onun hansı istiqamətdə getməsini müəyyənləşdirmək üçün əllərindən gələni etdilər", - deyə M.Xan bildirib.
Onun sözlərinə görə, oğlunu "İnqilab" deyilən ərazidə (H.Əliyev küçəsi) bir hosteldən tapıblar:
"Planlaşdırıb ki, gedib başlanğıc kimi bir dönərxanada filan işləyəcəyəm, sonra da bacardığım hansı işlər olarsa, işləyərəm. Özü pul qazanmağa həvəsli uşaqdır. Sadəcə, yaşı az olduğu üçün, mən işləməyə icazə vermirəm ki, indi sənin vəzifən dərs oxumaqdır".
Niyə məhz o hostelə getməsi məsələsinə gəlincə isə naşir qeyd edib ki, oğlu əslində başqa hostelə getməli imiş, amma şəhəri yaxşı tanımadığı üçün və hadisədən bir gün əvvəl smartfonu onun əlindən aldığı üçün həmin ünvanı tapa bilməyib:"Mən bir gün əvvəl smartfonu ondan götürüb yerinə adi, sadə telefon vermişdim. Gedəndə o telefonu götürməyib, şəhəri də yaxşı tanımır deyə başqa bir hostelə gedib. Həmin hosteldə də əsasən tələbə-gənclər, işləyənlər, təhsil alanlar qalır. Evdən anasından 200 manat civarında pul da götürüb və düşünüb ki, günə 10 ya 15 manat ödəyib qalacaq orada. Şəxsiyyət vəsiqəsini belə götürməmişdi", - deyə naşir bildirib.
"Yeniyetmə olduğunu gördükləri halda niyə hosteldə heç kim ailəsinə xəbər verməyib" sualına gəlincə, naşir bildirib ki, buna cəhd ediblər, amma oğlu razı olmayıb:
"Hosteldə məcbur ediblər ki, valideynlərinin nömrəsini ver, zəng edib xəbər verək. Etiraz edib, verməyib nömrəni. Daha sonra isə həmin hosteli icarəyə götürən şəxs sosial şəbəkədə paylaşımları və şəklini görüb, nömrələrimi görüb mənə zəng edib. Həmin vaxt mən polis idarəsində idim. 16-cı polis bölməsindən böyük monitorlu izləmə yerinə getmişdik.
Zəng edən adam bir az ehtiyatlı danışırdı, istəyirdi bilsin ki, evdə hər hansı narazılıq olubmu, olmayıbmı. Yəqin fikirləşib ki, bəlkə evdə incidiblər deyə uşaq evdən qaçıb. Onu əmin etdim ki, evlə bağlı heç bir problemi yoxdur və ola da bilməz. Sonra telefonu polis əməkdaşı götürüb həmin adamla danışdı, adam dedi ki, narahat olmayın, uşaq yatıb, rahat yerdədir. Sabah gəlib götürərsiniz. Sabaha saxlamaq olmazdı təbii ki. Biz getdik həmin yerə və təxminən gecə saat ikidə uşağı götürdük, gətirdik evə".
Naşir açıqlamasında onu da vurğuladı ki, hazırda oğlunun vəziyyəti yaxşıdır: "Deyir özüm məqsədli şəkildə çıxmışdım. Hətta TŞ kameralarına düşməsin deyə, həmişə başıaçıq gəzən uşaq başına yun papaq, onun da üstündən gödəkcənin papağını qoyub ki, kameralarda görünməsin".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar