Xəbər lenti
Şair vətəndaş olmasa...

şair və tənqidçi
Bu gün fədakarlıq, şərəf, ləyaqət bayramıdır. Hansı ki, ömrü böyü kəndi və kəndindən olanlarla savaşan bir fədakar, kütləni təşkil edən, yönləndirən komutan, bəzən də mənsub olduğu qövmün rifahı üçün kəndi nəfsini və istəklərini yenmış övladların nümunəvi müəllimi olan YAZIÇI.
Bəzən yaşadığı dövrün, zamanın ağrıları, yurddaşı olduğu məmləkətin ehtiyacları, dövlətin uğurları, mənsub olduğu millətin gələcəyi ondan soruşur. Yazıçı tarixi yaddaşlara kömüləcək ilk qurban və ya gündəmi zəbt edəcək qəhrəman olur.
Yazıçı bütün sahələrdə çalışan bilər. O cümlədən siyasi ədəbiyyatın yazarı, dövlətini təmsil edən siyasi fiqur ola bilər ki, dövləti və miləti sovunmaq üçün yüksək tribunalardan səslənmək şansı olsun. Lakin ədəbiyyat siyasiləşməməli, düşüncələr dövrün və ya zamanın arxivlərinə kömülməməlidi! Bəşəriyyəti fəth edəcək dühalar yalnız o zaman çıxa bilsin.
Ədəbiyyatla var olma, yaşam savaşıdır! Sevmək, inanmaq və təbiətin bir hissəsi olaraq yaşamaq gerçəyi! Məhz bu gün az da olsa bu fədakarlığı, kəndində görən və və bəhrələnən bütün qələm sahiblərini, oxucuları təbrik edirəm. BAYRAMINIZ, QƏZANIZ MÜBARƏK OLSUN.
Şair Vətəndaş olmasa
ŞAİR şərəf, ləyaqətin,
Kişiliyini, sədaqətin
Şah timsalı -məhəng daşı;
O narazı qaçaq kimi,
Lap ərköyün uşaq kimi!?
Dil açırsa əsərində,
Sözü qılınc kəsərində.
Bu da onun qarışıdır;
Yaşı görsə alqışlayır,
Pis olana qar qışlayır.
Qaşıyırsa sözə qatıb,
Odun, közün vaxtı çatıb.
Ehtiyacı olsa , umar
Bir az sevgi, bir az diqqət.
Bir az qayğı, bir az hörmət.
Görməyibsə ağrı, acı
Anlayanmaz ehtiyacı,
Şair Vətəndaş olmasa;
Cana yanmaz, candan yanmaz
Xalq adından danışanmaz!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar