Xəbər lenti
Sosial şəbəkələr və hüquq: Şəxsi məlumatların qorunması və hüquqi məsələlər

- Sosial Şəbəkələr və Şəxsi Məlumatların Mühafizəsi
- Sosial Şəbəkələr Necə Məlumat Toplayır?
- Şəxsi məlumatlar – Ad, soyad, doğum tarixi, telefon nömrəsi, e-poçt ünvanı.
- Cihaz və yer məlumatları – İstifadəçinin IP ünvanı, cihaz modeli, lokasiya (GPS məlumatları).
- İstifadəçi fəaliyyətləri – Paylaşımlar, bəyəndikləri postlar, yazışmalar və axtarış tarixçəsi.
- Kamera və mikrofon icazələri – Bəzi tətbiqlər istifadəçinin razılığı ilə kamera və mikrofon məlumatlarına giriş əldə edir.
- Hüquqi Çərçivə: Şəxsi Məlumatların Qorunması:
- İstifadəçilər öz şəxsi məlumatlarını silmək hüququna malikdirlər (“right to be forgotten” – unudulmaq hüququ).
- Şirkətlər istifadəçi məlumatlarını yalnız açıq razılıq əsasında toplaya bilər.
- Platformalar istifadəçi məlumatlarının üçüncü tərəflərlə paylaşılmasını məhdudlaşdırmalıdır.
- Sosial Şəbəkələrdə Məlumat Sızması və Hüquqi Problemlər:
- Facebook-Cambridge Analytica qalmaqalı (2018) – 87 milyon insanın şəxsi məlumatları qanunsuz şəkildə əldə olunub və siyasi məqsədlərlə istifadə edilib.
- TikTok və məlumat təhlükəsizliyi – Çin mənşəli TikTok platformasının istifadəçi məlumatlarını Çin hökumətinə ötürə biləcəyi iddiaları ilə bağlı bir çox ölkədə qadağalar tətbiq olunub.
- LinkedIn və Facebook məlumat bazalarının sızması (2021) – 500 milyondan çox istifadəçinin məlumatları internetə yayılıb.
- Sosial Şəbəkələrdə Difamasiya və Nifrət Nitqi
Sosial şəbəkələrdə insanlar tez-tez bir-birlərini təhqir edir və ya yanlış məlumat yayırlar. Difamasiya (böhtan və yalan məlumat yaymaq) bəzi ölkələrdə cinayət məsuliyyəti yarada bilər.
Məsələn, bəzi ölkələrdə:
- ABŞ-da böhtanla bağlı işlər əsasən mülki məhkəmələrdə baxılır.
- Avropa ölkələrində isə bəzi hallarda böhtan cinayət məsuliyyəti daşıya bilər.
- Azərbaycanda böhtan və təhqir Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cərimə və ya həbs cəzası ilə nəticələnə bilər.
b. Nifrət Nitqi və Onun Hüquqi Problemlər:
Sosial mediada irqçilik, cinsiyyət ayrı-seçkiliyi, dini nifrət və zorakılığa çağırış kimi hallara tez-tez rast gəlinir. Bir çox ölkələr nifrət nitqini qanunla qadağan edib. Məsələn:
- Almaniyada “NetzDG” qanunu nifrət nitqi yaydığı aşkarlanan postların 24 saat ərzində silinməsini tələb edir.
- Azərbaycan qanunvericiliyində nifrət nitqi açıq şəkildə cinayət kimi təsnif olunmasa da, konstitusiyanın 47-ci maddəsi nifrət və ayrı-seçkiliyi qadağan edir.
- Nəticə
ƏDƏBİYYAT SİYAHISI
1. Qanunvericilik və Rəsmi Sənədlər
- Azərbaycan Respublikasının Konstitusiyası – Bakı, 1995.
- Azərbaycan Respublikasının “Şəxsi Məlumatlar Haqqında” Qanunu – 11 may 2010-cu il.
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi – (147 və 148-ci maddələr: Böhtan və Təhqir)
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi – (388-1-ci maddə: İnternet informasiya resurslarında hüquq pozuntuları)
- Ümumi Məlumatların Qorunması Qaydası (General Data Protection Regulation – GDPR) – Avropa Parlamenti və Şurası, 2016.
- Almaniya NetzDG (Network Enforcement Act) – Sosial media platformalarında nifrət nitqinə qarşı qanun, 2017.
- Budapeşt Konvensiyası (Cybercrime Convention, 2001) – Kiber cinayətkarlıqla mübarizə haqqında Avropa Şurasının Konvensiyası.
Fərid Məmmədəliyev
Naxçıvan Dövlət Universitetinin
Hüquqşünaslıq ixtisası üzrə tələbəsi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar