Sizin Reklam Burada
Xəbər lenti
29-05-2026
28-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ukrayna Rusiyanın əsas hərbi marşrutunu vurur?

Tarix: 30-05-2026 17:31     Baxış: 311 A- / A+


 
Ukrayna ordusunun Rusiyanın cənubdakı əsas hərbi logistika marşrutlarından birini hədəfə aldığı iddia olunur.
Manevr.az xəbər verir ki, işğal altındakı ərazilərə Moskvanın təyin etdiyi rəsmilər Taqanroq–Mariupol–Melitopol–Canköy xətti boyunca hərəkətin təhlükəli hala gəldiyini bildirərək sürücülərə səfərləri məhdudlaşdırmaq çağırışı ediblər.
Söhbət Rusiyanın “Novorossiya” magistralı adlandırdığı və işğal altındakı ərazilərlə Krımı birləşdirən əsas nəqliyyat dəhlizindən gedir. Moskvanın işğal altındakı Zaporojye ilə Xerson vilayətlərinə təyin etdiyi rəhbərlər Yevgeni Balitski və Vladimir Saldo bildiriblər ki, Ukrayna pilotsuz aparatları yol boyunca partlayıcı qurğular atır.
Balitskinin sözlərinə görə, pilotsuz uçuş aparatlarından atılan partlayıcılar hərəkət qeydə alınanda işə düşür və avtomobil, yaxud piyadanı ayırd etmir. O, sürücülərə “zəruri ehtiyac olmadıqca” bu magistraldan istifadə etməməyi tövsiyə edib.
İşğal altındakı Xerson bölgəsində isə Krıma doğru hərəkət mayın 21-dən məhdudlaşdırılıb. İstisna yalnız hərbi yüklər, yanacaq, dərman preparatları və tez xarab olan məhsullar daşıyan nəqliyyat vasitələrinə şamil edilir.
Məlumata görə, son dövrlərdə Rusiya sərhədi ilə işğal altındakı Mariupol arasında ən azı 10 dron hücumu qeydə alınıb. Melitopolun cənub-qərbində də oxşar hadisənin baş verdiyi bildirilir. Layihənin məlumatında yüzlərlə rus hərbi yük maşınının hədəfə alındığı iddia olunur.
Ukrayna Hərbi Kəşfiyyat İdarəsi (GUR) daha əvvəl Berdyansk–Melitopol–Canköy istiqamətinin Ukrayna hərbi kəşfiyyatının “atəş nəzarəti” altında olduğunu açıqlamışdı. Quruma aid yayımlanan videolarda yanacaq maşınları, hərbi yük avtomobilləri və ağır texnikaların vurulduğu göstərilib.
Baş verənlər fonunda Krımda da yanacaq məhdudiyyətləri tətbiq olunmağa başlayıb. Rusiyanın təyin etdiyi Krım rəhbəri Sergey Aksyonov mayın 30-dan Aİ-95 markalı benzinin satışına limit qoyulduğunu açıqlayıb. Yeni qaydalara əsasən, bir nəfərə gündə yalnız bir dəfə və maksimum 20 litr benzin satılacaq.
Aksyonov sakinləri panikaya düşməməyə və benzini ehtiyat üçün toplamağa çalışmamağa çağırıb. Lakin müşahidəçilər məhdudiyyətlərin məhz logistika marşrutlarına zərbələr fonunda tətbiq edilməsini diqqətçəkən detal kimi qiymətləndirirlər.musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar