Xəbər lenti
Təyyarələrdə də internet olacaq

"SpaceX"in peyk internet xidməti olan Starlink, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan "American Airlines" ilə yeni müqavilə imzalayıb.
Manevr.az xəbər verir ki, razılaşmaya əsasən, şirkətin 500-dən çox təyyarəsinə yüksək sürətli peyk interneti quraşdırılacaq.
Sistem 2027-ci ildən mərhələli şəkildə istifadəyə veriləcək və əsasən daxili, həmçinin qısa beynəlxalq uçuşlarda tətbiq olunacaq.
Şirkət bildirir ki, Starlinkin aşağı orbit peykləri sayəsində sərnişinlər uçuş zamanı daha sürətli və stabil internetdən istifadə edə biləcəklər.
Bununla da "American Airlines", artıq Starlink istifadə edən "United", "Southwest" və "Alaska" kimi iri aviaşirkətlər sırasına qoşulur. /Lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































