Xəbər lenti
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda 200 minə yaxın sərnişinə xidmət göstərilib
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək sərnişin axını şəraitində fasiləsiz və koordinasiyalı əməliyyat idarəçiliyini uğurla təmin edib.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportdan məlumat verilib.
15-24 may tarixlərində hava limanı ümumilikdə 194 793 sərnişinə xidmət göstərib. Onlardan 100 mindən çoxu gələn, 94 min nəfəri isə gedən sərnişinlər olub.
WUF13 çərçivəsində Bakıya gələn beynəlxalq nümayəndə heyətləri, dövlət rəsmiləri və forum iştirakçıları nəzərə alınaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda əməliyyat koordinasiyası, sərnişin xidmətləri və nəqliyyat bağlantıları üzrə gücləndirilmiş iş rejimi tətbiq olunub.
Sərnişinlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə xüsusi nəqliyyat marşrutları təşkil edilib, əlavə mexanizmləri işə salınıb və operativ xidmət həlləri tətbiq olunub. Eyni zamanda, terminal daxilində sərnişin axınının effektiv idarə olunması və xidmət çevikliyinin artırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tədbirlər dövründə yüksək əməliyyat davamlılığının təmin olunması, sərnişin məmnuniyyətinin qorunması və beynəlxalq xidmət standartlarına uyğun təhlükəsiz səyahət təcrübəsinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































