Sizin Reklam Burada
Xəbər lenti
24-05-2026
23-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan İlham Əliyevi təbrik etdi

Tarix: 25-05-2026 13:14     Baxış: 322 A- / A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Manevr.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Prezident, Əziz Qardaşım,
Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində
Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar hissi keçiririk.
Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan “Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.
İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar