Xəbər lenti
Bərdədə ağır qəza - Ölən və xəsarət alan var
Bərdə rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Manevr.az-ın xəbərinə görə, qəza hadisəsi rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.
1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlu idarə etdiyi "VAZ-2107" markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yolun kənarındakı su arxına düşüb.
Baş vermiş qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə aldığı xəsarətlərdən həlak olub.
Faktla bağlı araşdırma başlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































