Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bütün su sayğacları dəyişdirilir - RƏSMİ AÇIQLAMA

Tarix: 23-05-2026 21:10     Baxış: 421 A- / A+
Bütün su sayğacları dəyişdirilir - RƏSMİ AÇIQLAMA 
Su infrastrukturu üzrə icra etdiyimiz layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

İ.Bayramov qeyd edib ki, bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır:

"Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur. Smart sayğaclar müəyyən qədər “ağıllı idarəetmə” imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik.

Bu sayğaclar xüsusi texniki tələblərimiz əsasında istehsal olunub, informasiya sistemləri ilə inteqrasiyası tamamlanıb və hazırda test mərhələsindədir.

Ümumilikdə məqsəd su mənbəyindən son istehlakçıya qədər bütün su təchizatı sisteminin tam avtomatlaşdırılmasıdır. Bu sistem vasitəsilə təzyiqin idarə olunması, qəzalara operativ müdaxilə, itkilərin azaldılması və şəbəkənin daha səmərəli idarə edilməsi mümkün olacaq".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar