Sizin Reklam Burada
Xəbər lenti
21-05-2026
20-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?

Tarix: 22-05-2026 08:23     Baxış: 326 A- / A+

Ürək sağlamlığını qorumaq üçün düzgün qidalanmanın vacibliyi hər zaman vurğulanır.
Manevr.az xəbər verir ki, ispaniyalı kardioloq Aurelio Roxasın açıqlamasına görə isə yay aylarında ürək üçün ən faydalı giləmeyvələrdən biri çiyələk hesab olunur.
Həkim çiyələyin tərkibindəki yüksək antioksidant və lif sayəsində orqanizmdə xroniki iltihabın azalmasına kömək etdiyini bildirib. Onun sözlərinə görə, bu cür iltihab şəkərli diabet, piylənmə və xroniki yorğunluq kimi bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir.
Kardioloq qeyd edib ki, mütəmadi çiyələk istehlakı insulinə həssaslığı artırır və qanda şəkərin səviyyəsinin normallaşmasına dəstək olur. O vurğulayıb ki, qlükozanın kəskin yüksəlməsi damarların və hüceyrələrin daha sürətli qocalmasına səbəb olaraq ürək-damar xəstəlikləri riskini artırır.
Aurelio Roxas əlavə edib ki, çiyələk toxluq hissi yaratdığı üçün əlavə kalori qəbulunun qarşısını alır və orqanizmdə oksidləşdirici stressi minimuma endirir. Bu səbəbdən yay mövsümündə ürək sağlamlığını qorumaq istəyənlər üçün çiyələk ən faydalı seçimlərdən biri sayılır.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar