Sizin Reklam Burada
Xəbər lenti
19-05-2026
18-05-2026
BÜTÜN XƏBƏRLƏR

Tarix kitabları yanıla bilər: Xristofor Kolumb əslində kim idi?

Tarix: 20-05-2026 08:31     Baxış: 320 A- / A+
Tarix kitabları yanıla bilər: Xristofor Kolumb əslində kim idi?
Baham adalarına ayaq basaraq dünya tarixinin gedişatını dəyişən məşhur səyyahın həqiqi kimliyi ilə bağlı sensasion nəticələr əldə olunub. Alimlərin kompüter modelləri və minlərlə genetik göstəricidən istifadə etməklə apardığı araşdırma uzun illərdir müzakirə olunan bir sirrə yeni işıq salıb.

Manevr.az
xəbər verir ki, tarix kitablarında "Cenoalı toxucunun oğlu” kimi təqdim olunan hekayə müasir laboratoriya nəticələri fonunda şübhə altına düşməyə başlayıb. Madrid Komplutense Universiteti və "Citogen" laboratoriyasının mütəxəssisləri məşhur dənizçi Xristofor Kolumbun nəslindən olan şəxslərin DNT nümunələrini araşdırıblar.

Əldə olunan nəticələr dünya tarixinin ən tanınmış simalarından birinin keçmişinə fərqli baxış ortaya qoyur. Yeni sübutlara əsasən, səyyahın düşünüldüyü kimi italyan deyil, əksinə İspaniyanın şimal-qərbində yerləşən Qalisiya bölgəsindən olan köklü zadəgan ailəsinə mənsub olduğu iddia edilir.

Genetik mütəxəssislər bu versiyanı dəqiqləşdirmək üçün Sevilyadakı Gelves qrafları ailəsinin kriptasında dəfn olunan 12 nəfərin qalıqlarını tədqiq ediblər. Həmin məzarlıq məşhur səyyahın nəvəsi də daxil olmaqla eyni nəslə aid ən azı yeddi şəxsin burada dəfn olunması səbəbindən xüsusi əhəmiyyət daşıyır.

Aparılan geniş genetik analizlər Kolumbun nəslinin XV əsrin ən güclü sülalələrindən biri hesab olunan Sotomayor ailəsi ilə güclü əlaqəsini üzə çıxarıb. Alimlər 16 nəsli əhatə edən kompüter modelləri və 10 mindən çox genetik marker vasitəsilə həyata keçirilən testlər nəticəsində tarixdə Pedro Madruqa kimi tanınan zadəgan Pedro Alvares de Sotomayor adına gəlib çıxıblar.

Araşdırmanın genetik hissəsi tarixi xronologiya ilə üst-üstə düşdükdə diqqətçəkən mənzərə yaranır. Pedro Madruqa adı 1486-cı ildə İspaniyanın rəsmi qeydlərindən tamamilə yoxa çıxır. Məhz həmin dövrdə Xristofor Kolumb İspaniya sarayında görünməyə başlayır.

Tədqiqatçılar hazırladıqları rəqəmsal modeldə Madruqanı ailə ağacından çıxardıqları zaman nəsillər arasındakı genetik əlaqənin tamamilə itdiyini müəyyən ediblər. Bu isə Madruganın soy ağacında əsas fiqur olduğunu göstərir.

Araşdırmanı dəstəkləyən yeganə amil genetik nəticələr deyil. Kolumbun əlyazmalarında Qalisiya-Portuqaliya ləhcəsinə aid aydın izlərin olduğu bildirilir. Bundan əlavə, səyyahın istifadə etdiyi gerbin Sotomayor ailəsinin simvolları ilə oxşarlıq göstərməsi də diqqət çəkən məqamlardan biridir.

Ənənəvi tarixçilərin əksəriyyəti Kolumbun 1498-ci ilə aid vəsiyyətində doğum yeri kimi Cenevrəni göstərməsini əsas arqument hesab etsə də, yeni nəzəriyyənin tərəfdarları bunun şüurlu gizlətmə cəhdi ola biləcəyini irəli sürürlər. Onların fikrincə, səyyah zadəgan mənşəyini gizlətmək üçün belə addım atmış ola bilər.

Tədqiqat nəticələrinin hələlik dolayı sübut statusunda olduğu vurğulanır. Çünki analizlər birbaşa Kolumbun sümükləri üzərində deyil, onun nəslindən gələn şəxslərin genetik məlumatları əsasında aparılıb. Bununla belə, eyni elmi qrup 2024-cü ildə Sevilya Katedralında tapılan sümüklərin qəti şəkildə Xristofor Kolumba aid olduğunu təsdiqləmişdi.

1492-ci ildə üç gəmi ilə Asiyaya alternativ dəniz yolu tapmaq məqsədilə yola çıxan və Baham adalarına çataraq dünya tarixinin istiqamətini dəyişən bu şəxsiyyətin əsl kimliyi artıq yalnız arxivlərin deyil, həm də müasir laboratoriyaların əsas müzakirə mövzusuna çevrilib./qaynarinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar