Sizin Reklam Burada
Xəbər lenti
17-05-2026
16-05-2026
BÜTÜN XƏBƏRLƏR

14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı

Tarix: 17-05-2026 21:52     Baxış: 327 A- / A+
14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
Səhhəti məktəbə getməyə, normal təhsil almağa çətinlik yaratsa da, 9-cu sinif imtahanlarından 252 bal toplaya bilib.

Yevlax şəhərində dünyaya göz açan Nəcibə Əlizadə həmyaşıdlarından fərqli olaraq, evdə fərdi təhsil alıb.

O, bu yaşına çatana qədər yalnız 2-ci sinifdə oxuyan zaman atasının köməyi ilə bir neçə gün dərslərə qatıla bilib. Ondan sonra keçirdiyi ağır əməliyyatlar təhsilini məktəbdə davam etdirməyə imkan verməyib.

Doqquz aylığından serebral-iflic xəstəliyindən əziyyət çəkən Nəcibə Əlizadə iradəsi, zəhməti və təhsilə olan sevgisi ilə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük əzmkarlıq nümayiş etdirib.

15 yaşlı yeniyetmənin hərəkət etməsində ən yaxın köməkçiləri  valideynləridir. Atası Ramil Əliyev qızının 9 aylığından bu günə qədər 14 dəfə əməliyyat keçirdiyini deyir. Bütün bu çətin və ağrılı mərhələlərə baxmayaraq, Nəcibənin təhsilə marağı azalmayıb.

Bir qardaşın yeganə bacısı olan Nəcibə Əlizadə 11-ci sinifdə maxsimum nəticə göstərərək, ali məktəbə qəbul olmağı arzulayır. azxeber.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar