Sizin Reklam Burada
Xəbər lenti
15-05-2026
14-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bayram namazının vaxtı açıqlandı

Tarix: 15-05-2026 21:30     Baxış: 318 A- / A+
Bayram namazının vaxtı - AçıqlandıQurban bayramı bu il Azərbaycanda Zilhiccə ayının 10-u, yəni mayın 27-nə təsadüf edir.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, bütün məscidlərdə bayram namazı mayın 27-də qılınacaq.
Bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Həmin gündən etibarən üç gün müddətində qurban kəsimini həyata keçirmək olar.
Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət yetirilməlidir. Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.
Qurban əti əsasən ehtiyaclı insanlara, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və dostlara da pay vermək gözəl əməllərdən sayılır. İnsan öz qurbanından yeyə də bilər.
Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın”, - deyə məlumatda qeyd olunub.

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar