Sizin Reklam Burada
Xəbər lenti
14-05-2026
13-05-2026
BÜTÜN XƏBƏRLƏR

Zəngilan və Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı - Şəkillər

Tarix: 15-05-2026 08:41     Baxış: 329 A- / A+
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Növbəti mərhələdə Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.

Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə olmaqla 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə olmaqla 453 nəfər köçürülüb. Beləliklə, ümumilikdə 112 ailə – 479 nəfər doğma yurduna qayıdıb.

Məlumata görə, Zəngilan şəhərinə köçürülən ailələrin 4-ü Bakıdan, 1-i isə Sumqayıtdandır. Bununla da şəhərə indiyədək ümumilikdə 84 ailə – 339 nəfər köçürülüb.

Şükürbəyli kəndinə köçürülən ailələr əsasən Bakı, Biləsuvar, Abşeron, Şirvan, Sumqayıt, Hacıqabul, Mingəçevir, Beyləqan, Tərtər və Füzuli rayonlarından olan sakinlərdir. Hazırda kəndə ümumilikdə 214 ailə – 915 nəfər köçürülüb. Qalan 421 evə isə qrafikə uyğun olaraq mayın 21-dək köçün davam etdirilməsi nəzərdə tutulur.

Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqların azad olunması uğrunda döyüşən Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar