Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

“AYB: sözün itirilmiş ünvanı" - Təranə Dəmir yazır

Tarix: 11-04-2026 21:26     Baxış: 3254 A- / A+
Təranə Dəmir


AYB vaxtilə çox mötəbər söz ocağı idi. Bu ocağın mötəbər yazarları böyük Sözün keşiyində inamla dayanırdılar. Sözə ilahi sevgi və hörmət var idi. Bəs indi vəziyyət necədir? Birliyin üzvlərinin sayı durmadan artır. Yerindən duran sənədlərini və içində bir qəpiklik sözü olmayan kitablarını qoltuğuna vurub yüyürür AYB-yə.

Tanışlıqla, qohumbazlıqla və yerlibazlıqla tez zamanda Birliyin üzvü olur. Əli cibində olanları da buna şamil etmək olar. Bir sözlə, Birliyi bazara çevirənlər doğru yolla gedənlərə ağız büzür, hər vəchlə onları kölgədə saxlamağa çalışırlar. Səsini çıxaranları topa-tüfəngə tuturlar. Sevgi dolu Sözün həndəvərinə də yaxın düşməyənləri yuxarı başa keçirirlər. Onları Prezident təqaüdü ilə, orden və medallarla təltif edirlər. Olurlar qondarma “söz adamı”.

Mötəbər məclislərə, tədbirlərə, Qarabağa və hər yerə həmin “sözbazları” göndərirlər. Tədbirlərdə onların olmayan sözündən ağızdolusu danışırlar, alqışlayırlar, tərif tərifin dalınca gəlir. Ən ağrılı hal da odur ki, tərif yağdıranların çox qismi də söz adamları olur. Beləliklə, əsl söz yaddan çıxır, əsl söz adamları isə ya sözdən küsür, ya da taledən.

AYB-nin mətbu orqanlarında da eyni vəziyyət hökm sürdüyü üçün narazılıq baş alıb gedir. Qəzet və jurnal rəhbərləri istədikləri kimi meydan sulayırlar. Yəqin ki, kürsüləri dədə-babadan qaldığı üçün ürəkləri necə istəyir, elə də hərəkət edirlər.

İldə bir dəfə dərc olunduğumuza da şükür edirik. Kütləvi informasiya vasitələrində “sözbazlar” təbliğ olunur, radio və televiziyalara onlar dəvət alır. Bir sözlə, hər yerdə onlar, yenə onlar… AYB-nin Natəvan klubu yalançı alqışlardan usanıb artıq. Dili olsa, nələr danışar, nələr açar bu klubun divarları, şəkilləri, kürsüləri, qapıları, pəncərələri… Sözə həqiqət tərəfdən baxa bilmirik artıq. Çox təəssüf.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar