Sizin Reklam Burada
Xəbər lenti
14-05-2026
13-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ərinin ölümünə görə kitab yazdı, ömürlük həbs olundu

Tarix: 14-05-2026 17:02     Baxış: 318 A- / A+


Ərinin ölümünə görə  kitab  yazdı, ömürlük həbs  olundu
Kouri Riçins adlı amerikalı qadın, əri Erik Riçinsin ölümündən sonra kitab yazsa da, sonradan onun qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Manevr.az xarici mediaya istinadla bildirir ki. 35 yaşlı Kouri Riçins 2022-ci ilin mart ayında Park Siti yaxınlığındakı evlərində 39 yaşlı həyat yoldaşı Erik Riçinsi fentanil qatılmış içki ilə zəhərləyərək öldürüb.
Bu ilin mart ayında daşınmaz əmlak agenti olan qadın ağırlaşdırılmış qətl, dələduzluq və sənəd saxtakarlığı maddələri ilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, Riçins ərini öldürməzdən bir neçə həftə əvvəl, Sevgililər Günündə içinə fentanil qatılmış sendviçlə də kişini zəhərləməyə cəhd edib. Daha sonra isə onun içkisinə sintetik opioid olan fentanilin ölümcül dozadan beş dəfə artıq miqdarını əlavə edib.
Prokurorlar bildiriblər ki, Kouri Riçinsin daşınmaz əmlak alqı-satqısı biznesinin 4,5 milyon dollar borcu olub və o, başqa bir kişi ilə yeni həyat qurmağı planlaşdırıb. Riçins ərinin xəbəri olmadan onun adına bir neçə həyat sığortası müqaviləsi bağlayıb və düşünüb ki, ərinin ölümündən sonra dəyəri 4 milyon dollardan çox olan əmlaka sahib olacaq.
Kouri Riçins 2023-cü ilin may ayında “Are You With Me?” (“Sən mənimləsən?”) adlı uşaq kitabının təqdimatı zamanı həbs edilib. Onun sözlərinə görə, kitab insanlara, o cümlədən üç övladına yaxın insanın ölümü ilə barışmağa kömək etmək məqsədi daşıyıb. Qadın kitabı ərinə həsr edərək onu “mənim möhtəşəm ərim və gözəl atam” adlandırıb.
Prokurorlar andlılar məhkəməsinə Riçinslə sevgilisi arasında yazılmış mesajları təqdim ediblər. Mesajlarda qadının ərini tərk etmək və boşanma nəticəsində milyonlarla dollar əldə etmək arzusu əks olunub.
Həmçinin onun telefonundakı axtarış tarixçəsi də nümayiş etdirilib. Burada fentanilin ölümcül dozası, “lüks həbsxanalar” və zəhərlənmənin ölüm haqqında şəhadətnamədə necə qeyd edilməsi ilə bağlı sorğular yer alıb.
Mərhumun dostları məhkəmə zamanı bildiriblər ki, Erik Riçins həyat yoldaşının onu zəhərləmək istədiyindən şübhələnib, lakin bununla bağlı heç yerə müraciət etməyib.
Kouri Riçins ömürlük həbs cəzasına məhkum olunub.
Məhkum qadın isə uşaqlarına müraciət edərək onları çox sevdiyini və heç vaxt tərk etməyəcəyini deyib. Lakin onun böyük oğlu atası üçün çox darıxdığını və anasını görmək istəmədiyini bildirib.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar